15 C
Baku
Tuesday, April 23, 2024

Dostcanlı kollektiv ömrünüzü uzadır

Mütəxəssislər belə iddia edirlər ki, dostcanlı kollektivdə işləyən insanların digər insanlardan iki dəfə daha artıq uzun ömür sürmək şansları var.

İş kollektivinin insan həyatına necə təsir etdiyini aydınlaşdırmaq məqsədilə elmi işçilər 20 il ərzində tədqiqat aparmışlar. Tədqiqat çərçivəsində müxtəlif yaş qrupuna və cinsə məxsus 820 şəxs iştirak etmişdir.

Araşdırma nəticəsində belə aydın olur ki, iş mühiti birbaşa olaraq insanın həyat davamiyyətinə təsir edir. Araşdırma gedişində dünyasını dəyişən insanlar öz iş yoldaşları ilə pis münasibətlərə sahib olmuşlar.

Elmi işçilərin fikrinə görə, ölüm səviyyəsinin bu qədər yüksək olmasına səbəb insanların heç də yaxşı olmayan kollektivdə işləməsi olmuşdur. Heç də müsbət olmayan iş mühitində çalışan əməkdaş çox tez-tez stress yaşayır ki, bu da onun sağlamlığına mənfi təsir edir.

Məhz buna görə də, elmi işçilər işə başladığınız ilk gündən iş yoldaşlarınız ilə münasibətləri yaxşı şəkildə təşkil etməyi məsləhət görürlər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər