“Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”na dəyişikliklər edib

Nazirlər Kabineti “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”na bir sıra əlavə və dəyişikliklər edib. Bununla bağlı qərarı baş nazirin birinci müavini Yaqub Eyyubov imzalayıb.

Əlavəyə əsasən, növbəti büdcə ili üzrə dövlət büdcəsi mətbuatda dərc edildikdən sonra dövlət büdcəsinin gəlirlərinin və xərclərinin (funksional, iqtisadi və inzibati təsnifatların paraqrafları səviyyəsində) təsnifatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyitərəfindən Azərbaycan Respublikasının Hesablama Palatasına təqdim ediləcək.

Dövlət büdcəsinin icrası prosesində dövlət büdcəsinin gəlirlərinin və funksional, iqtisadi və inzibati təsnifat üzrə xərclərinin bölgüsündə dəyişiklik edildiyi təqdirdə, bu barədə məlumatlar Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Hesablama Palatasına təqdim ediləcək.