Dövlət İstiqrazlarına tələb təklifi 4 dəfədən çox üstələdi

13 fevral 2018-ci il tarixində “Bakı Fond Birjası”da Maliyyə Nazirliyinin AZ0105002692 ISIN kodlu, tədavül müddəti 782 gün olan 30 mln manat məbləğində dövlət istiqrazları üzrə hərrac keçirilib. Banker.az-a bu barədə Maliyyə Nazirliyindən xəbər verilib.

Dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 128.2 milyon manat təşkil edib. Bu da tələbin təklifi 4 dəfədən çox üstələməsi deməkdir.

Maliyyə Nazirliyi tərəfindən 30.0 milyon manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 101.7886(gəlirlilik 10.0000%) səviyyəsində müəyyən edilmişdir. 

İstiqrazların ödəmə müddəti 11 fevral 2020-ci ildir.

📝 RƏY BİLDİR