Dövlət Komitəsi Azərbaycanda əhalinin gəlirlərinin artığını bildirir

2018-ci ilin yanvar-aprel aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,2% artaraq 16272,8 mln. manat olub və ya əhalinin hər nəfərinə orta hesabla 1 662,1 manat təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verilir.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 14944,7 mln. manatlıq və ya əvvəlki ildəkindən 9,5% çox vəsait qalıb.

📝 RƏY BİLDİR