Dövlətin büdcə tapşırığına kim əməl edib, kim yox? – rəqəmlər

2018-ci ilin yanvar-aprel ayları ərzində vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə 2 mlrd. 386,5 mln. manat məbləğində vəsait ödənilib.

Bu, 2018-ci ilin yanvar-aprel ayları üzrə Azərbaycan Respublikasının dövlət büdcəsi gəlirlərinin icrasına dair (operativ) məlumatda öz əksini tapıb.

Bununla da qurum üzrə müəyyənləşdirilmiş proqnoz tapşırıqlarına 101,8% əməl olunub.

Kimlər etməyib?

Bu ilin 4 ayı ərzində büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 108,9 mln. manat olub. Bu, proqnoz tapşırıqdan 31,9 mln. manat və ya 22,7% azdır.

Qeyd edək ki, 2018-ci ilin dövlət büdcəsində büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 140,8 mln. proqnozlaşdırılıb.

Xatırladaq ki, ötən ilin yanvar-aprel aylarında büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 91,7 mln. manat olub.

📝 RƏY BİLDİR