16 C
Baku
Thursday, April 25, 2024

Dövlət Agentliyi 200-dən artıq yol texnikası alıb

Dövlət Agentliyi maşın-mexanizm parkından səmərəli istifadə edilir və daima parkın yenilənməsini diqqətdə saxlayır. Bunun nəticəsidir ki, cari ilin son 6 ayı ərazində müxtəlif maliyyə mənbələrindən, güzəştli kredit və ayrılan məqsədli maliyyədən qənaət edilən vəsaitlərlə 100-dən artıq yol istismarı, təmiri və tikinti texnikalar alınıb.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Avtomobil Yollarının (AAYDA) Nəqliuyat idarəsinin rəisi Elşən Cəfərov bildirib. O qeyd edib ki, bu texnikalar, maşın-mexanizmlər sayəsində yollar keyfiyyətlə və vaxtında inşa edilərək istismara verilir:

“Bundan başqa Agentliyimizin texniki şərtləri və sifarışı ilə yerli şirkətlər tərəfindən istehsal edilən bir neçə adda xüsusi təyinatlı avtomobillər və avadanlıqlar da müvəffəqiyyətlə idarə-müəssisələrimiz tərəfindən istifadə edilir. Bunlara misal kimi, yol təmiri, yanacaq, bitum və su daşıyan maşın-mexanizmləri, həmçinin çox funksiyalı dizel aqreqatları və sairi göstərmək olar. Çevik texniki yardım və servis mərkəzində isə nasaz texnikaların təmiri, parkında mövcud olan nəqliyyat vasitələri və maşın-mexanizmlərdən isə fövqəladə hallarda Agentliyimizin ritmik fəaliyyəti təmin edilir. Çin Xalq Respublikası Hökumətinin Azərbaycan Hökuməti ilə imzalanmış texniki-iqtisadi əməkdaşlıq sazişi çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin istismarına 112 adda yol texnikasi və maşın-mexanızmlər verilib. Beləliklə son 6 ayda Agentlik tərəfindən 200-dən artıq yol texnikası, maşın-mexanizm alınıb”.

Onun sözlərinə görə yexnikalar əsasən Amerika, Çin, Rusiya, Belarus və Avtopa ölkərindən alınıb:

“Bu təxnikalardan yol təsərrüfatının müxtəlif sahələrində – istismar, təmir, inşaat işlərinin görülməsi nəzərdə tutulub. Ümumilikdə texnika alınması üçün Çindən Azərbaycana 8,2 milyon dollar birdəfəlik texniki yardım verilib”.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər