12 C
Baku
Friday, March 29, 2024

Dövlət büdcəsinin icrası haqqında qanunu qəbul edildi

2016-ci il 31 may tarixində «Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında» Azərbaycan Respublikasının Qanunu Milli Məclisdə qəbul edilmişdir.

Banker.azın Maliyyə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, 2015-ci ildə dövlət büdcəsinin gəlirləri 19438,0 mln. manat proqnoza qarşı 17498,0 mln. manat və ya 90,0 faiz icra olmuşdur.

2015-ci ildə dövlət büdcəsi gəlirlərinin 41,6 faizini qeyri-neft sektorundan gəlirlər təşkil etmişdir ki, bu da 2014-cü illə müqayisədə 7,6 faiz-bənd, 2013-cü illə müqayisədə 14,7 faiz-bənd çoxdur.

2015-ci il dövlət büdcəsinin xərcləri 21100,0 mln. manat proqnoza qarşı 17784,5 mln. manat və ya 84,3 faiz icra edilmişdir. ÜDM-də dövlət büdcəsi xərclərinin xüsusi çəkisi 32,7 faiz təşkil etmişdir.

Strukturuna görə 2015-ci il dövlət büdcəsi xərclərinin 9763,1 mln.manatı və ya 54,9 faizi cari xərclərə, 7316,9 mln. manatı və ya 41,1 faizi əsaslı xərclərə, 704,5 mln. manatı və ya 4,0 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilmişdir.

2015-ci il icmal büdcənin gəlirləri 20716,8 mln. manat proqnoza qarşı 18416,0 mln. manat və ya 88,9 faiz, xərcləri isə 25911,0 mln. manat proqnoza qarşı 21014,7 mln. manat və ya 81,1 faiz icra olmuşdur. İcmal büdcənin kəsiri 2598,7 mln. manat təşkil etmişdir.

Son xəbərlər
Digər xəbərlər