23 C
Baku
Thursday, April 25, 2024

Dövlət Enerji Nəzarəti və Dövlət Qaz Nəzarəti İdarələri kreditorlarına yenidən müraciət edib

Ləğv prosesində olan Dövlət Enerji Nəzarəti və Dövlət Qaz Nəzarəti İdarələri debitor və kreditorlarına yenidən müraciət edib.

“Vergilər” qəzetinin xüsusi buraxılışa istinadən, Energetika Nazirliyi tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin yaradılması haqqında Azərbaycan Respublikası prezidentinin 22 dekabr 2017-ci il tarixli fərmanının icrasını təmin etmək məqsədilə Energetika Nazirliyinin 04.01.2018-ci il tarixli əmri ilə yaradılan ləğvetmə komissiyasının debitorların və kreditorların nəzərinə çatdırır ki, ləğvetmə ilə əlaqədar məsələlərlə bağlı müraciətlərə martın 9-dək baxılacaq.

Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri təqdim etməlidirlər.

MənbəAPA
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər