4 C
Baku
Friday, March 29, 2024

Dövlət hesabına göstərilən hüquqi yardıma görə ödənilən məbləğ 3 dəfə artırılır

Azərbaycanda dövlət hesabına göstərilən hüquqi yardıma görə ödənilən məbləğ 3 dəfə artırılacaq.

Bu, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamda əksini tapıb.

Sərəncamla Nazirlər Kabinetinə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 20-ci maddəsinin I hissəsinə müvafiq olaraq, müəyyən edilmiş məbləğin üç dəfə artırılmasının nəzərdə tutulması, habelə Vəkillər Kollegiyasının maddi-texniki təminatı ilə bağlı məsələlərin həlli üçün tədbirlər görmək, o cümlədən Kollegiyanın istifadəsində olan binaların təmiri, zəruri kompüter və digər avadanlığın, habelə nəqliyyat vasitələrinin alınması məqsədilə vəsaitin ayrılmasını təmin etmək barədə də tapşırıq verilib.

Son xəbərlər
Digər xəbərlər