8 C
Baku
Tuesday, March 19, 2024

“Dövlət idarəetməsində islahatlar nəticəsində 17 milyon çox qənaət olunub”

“Azərbaycanda dövlət idarəetməsi xərclərinin yüksək olması ilə bağlı fikirlərlə razı deyiləm”.

Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən plenar iclasında 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı millət vəkillərinin irəli sürdüyü təklif və iradlara cavab verərkən deyib.

Onun sözlərinə görə, dövlət idarəetməsi xərclərinə konkret rəqəmlər əsasında baxılmalıdır: “Bu məsələdə faiz əsasında baxılması mümkün deyil. Bu məsələyə faizlə baxılması ədalətli deyil. Bununla yanaşı, prezident İlham Əliyevin tapşırığı ilə 2017-ci ildə islahat xarakterli tədbirlər görülüb. Bunun nəticəsində dövlət 17 milyon manatdan yuxarı vəsaitə qənaət edib”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər