14 C
Baku
Thursday, March 28, 2024

Dövlət İqtisad Universitetinin proqnozu: “Azer Light” tədricən bahalaşacaq

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Azərbaycan neftinin (Azeri Light) dünya bazarında qiymətinin proqnozunu yeniləyib.

Univeristetedən Banker.az-a daxil olan məlumata görə, Azeri Light-ın 1 barelinin dəyəri 2018-ci ildə minimum 52 dollar, orta 66 dollar və maksimum isə 81 dollara çatacağı qənaətindədir.

Digər maraq doğuran məqam isə UNEC-in növbəti iki ildə Azeri Light-ın dəyərinin tədricən artacağı qənətində olmasıdır. Belə ki, Univeristet bildirir ki, 2020-ci ildə orta hesabla 75,4 dollar/barel səviyyəsində olacağını proqnoz edir

Proqnozların verilməsi zamanı dünya neft bazarında son zamanlar baş verən proseslər nəzərə alınıb.

Yenilənən proqnoz aşağıdakı kimidir (bir barel neftin ABŞ dolları ilə qiyməti):

il min orta max
2018 52.1 65.7 81.2
2019 57.3 73 87.1
2020 59.6 75.4 88.3

 

Beynəlxalq qurumların neft qiymətinin proqnozları müqayisə üçün aşağıdakı cədvəldə verilib (barel/dollar):

Təşkilatlar 2018 2019 2020
Dünya Bankı 57.6 59.5 59.3
ABŞ Enerji Administrasiyası 51.2 54.5 68.4

 

Son xəbərlər
Digər xəbərlər