21 C
Baku
Friday, April 26, 2024

Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

İyulun 26-da Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZN nominallı, AZ0102005516 ISIN kodlu, 182 gün tədavül müddətli, 15 milyon manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən  bildiriblər ki, hərrac zamanı 7 investor tərəfindən təqdim olunan 12 sifarişin nominal üzrə ümumi məbləği 25,240,600 manat təşkil edib. Sifarişlər 88,1630 AZN (27,1492 faiz) və 97,1150 manat (6,007 faiz) qiymət intervalında təqdim olunub. Hərracın zamanı toplanmış sifarişlər üzrə kəsmə qiymət 94,8851 manat (10,9003 faiz), orta ölçülmüş qiymət 96,2368 manat (7,9071 faiz) səviyyəsində emitent tərəfindən müəyyən edilib. Hərracın yekunları üzrə istiqrazların nominal qiymətlə reallaşdırılmış həcmi 4 milyon 781 min 600 manat olub. Bağlanılmış əqdlər üzrə hesablaşmalar iyulun 27-də (t+1) həyata keçiriləcək. İstiqrazların ödəmə tarixi 2017-ci il yanvarın 24-dür.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər