27 C
Baku
Wednesday, April 24, 2024

Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib

Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı 91 gün tədavül müddətli, 5 mln. manat həcmində qısamüddətli dövlət istiqrazlarının (ISIN – AZ0102014492) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Reportun Birjaya istinadən verdiyi xəbərə görə, hərrac zamanı 10 investor tərəfindən 15 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 25 840 700 manat təşkil edib. Sifarişlər 95,9340 AZN (gəlirlik – 17,2358%) – 98,1600 AZN (gəlirlik – 7,6229%) qiymət intervalında təqdim edilib.

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimal qiyməti 97,5675 AZN (gəlirlik – 10,1387%), ortaölçülmüş qiyməti 97,8326 AZN (gəlirlik – 9,0093%) təşkil edib. Bağlanılmış əqdlər üzrə hesablaşmalar iyunun 1-də (t+1) həyata keçiriləcək. İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 5 mln. manat təşkil edib.

Qeyd edək ki, istiqrazların ödəmə tarixi 30 avqust 2016-cı ildir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər