16 C
Baku
Saturday, April 27, 2024

Dövlət Komitəsinin daha bir şöbə müdiri işdən çıxarıldı – Sədr əmr imzaladı

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (“Qaçqınkom”) daha bir şöbə müdiri işdən çıxarılıb.

Bununla bağlı Dövlət Komitəsinin sədri Rövşən Rzayev əmr imzalayıb.

Əmrə əsasən, qurumun Xüsusi işlər və təsərrüfat şöbəsinin müdiri Anar Qüdrətov vəzifədən azad olunub.

Digər əmrlə Ağalar Əliyev həmin şöbənin müdiri təyin edilib.

Qeyd edək ki, “Qaçqınkom”da bundan əvvəl daha bir neçə şöbə müdiri işdən azad edilib.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər