16 C
Baku
Friday, April 26, 2024

Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçirilir

Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə sınaq imtahanı keçirilir.

DİM-dən Banker.az-a verilən məlumata görə, imtahan saat 10:00-da başlayıb, 3 saat müddətində aparılacaq.

Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verirlər.

İmtahanların gedişini internet vasitəsilə izləmək mümkündür.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər