21 C
Baku
Tuesday, April 16, 2024

Dövlət Statistika Komitəsinin strukturu dəyişdirilib

Dövlət Statistika Komitəsində struktur islahatı aparılır.

Banker.azın APA-ya istinadən verdiyi xəbərə görə,Nazirlər Kabineti bununla bağlı “Azərbaycan RespublikasıDövlət Statistika Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”na dəyişiklik edib.

Qərara əsasən Dövlət Statistika Komitəsinin Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi yaradılır.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2010-cu il 19 may tarixli qərarı iləDövlət Statistika Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumlar sırasında Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzi,Dövlət Statistika Komitəsinin Statistik Məlumatların Elmi-Tədqiqat və Layihə-Texnoloji Mərkəzi və Dövlət Statistika Komitəsinin Tədris Mərkəzi yer alıb. Dəyişikliyə əsasən bunlar ləğv edilir və yeni yaradılan Dövlət Statistika Komitəsinin Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi ilə əvəzlənir.

Struktur dəyişikliyi ilə bağlı Dövlət Statistika Komitəsinə Maliyyə Nazirliyivə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə bu qərardan irəli gələn digər məsələləri həll etmək tapşırılıb. Bu qərar 2016-cı il yanvarın 1-dən qüvvəyə minir.

Son xəbərlər
Digər xəbərlər