Dow Jones səhvən Apple və Google şirkətlərinin birləşməsi haqqında məlumat yayıb

Dow Jones səhvən Google şirkətinin Apple-ı 9 milyard dollar qarşılığında əldə etməsi haqqında məlumat yayıb.

Banker.az saytı CNBC telekanalına istinadən xəbər verir ki, yayılan məlumatda Apple təsisçisi Steve Jobsun bu müqavilə haqda öz vəsiyyətində yazıb. Son nəticədə isə DJ yaydığı məlumatı təkzib edib.

Belə ki, şirkət qeyd edib: “Xahiş edirik, səhər 9:34 və 9:36 arası yayılan xəbər başlıqlarına fikir verməyəsiniz. Bu xəbərlər texniki xəta səbəbindən nəşr edilib. Bütün bu başlıqlar hazırda silinir. Səhvə görə üzr istəyirik”.

DJ nümayəndələri şirkətin xakerlər tərəfindən sındırılmadığını qeyd edib. Səhv məlumatların bazara təsir edib, etmədiyini isə demək çətindir. Çünki 9 milyard dollar dəyərində müqavilə inandırıcı olmayıb. Qeyd edək ki, hazırda Apple şirkətinin bazar dəyəri 800 milyard dolları üstələyir.