8 C
Baku
Tuesday, March 19, 2024

Dubayda “Mars şəhəri” inşa ediləcək (foto)

İki il yarımdan sonra Dubayda “Mars şəhəri” fəaliyyətə başlayacaq. Birləşmiş Ərəb Əmirliklərində çıxan “Khaleej Times” nəşri BƏƏ Kosmik Agentliyinin nümayəndəsi Nasir Al-Ahbabiyə istinadla yazır ki, şəhərdə Mars planetindəki həyat şəraitinin real modeli yaradılacaq.

“Mars siti” indiyədək dünyada inşa edilmiş ən iri kosmik şəhər və Mars səthindəki həyatın real şəkildə modelləşdirilmiş nümunəsi olacaq. Şəhər konstruksiyaların möhkəmliyini təmin edən innovativ tikinti metodları, insan məskənləri və yaşıllıqları olan bir neçə günbəzdən ibarət olacaq. Layihə ərzaq, enerji və su layihələrini, habelə kənd təsərrüfatı məhsullarını və ərzaq təhlükəsizliyi məsələlərini tədqiq edəcək laboratoriyaları əhatə edir. Şəhərdə muzey və elmi mərkəzlər də inşa ediləcək.

Layihənin ümumi dəyəri 500 milyon dirhəm (təqribən 136 milyon dollar) civarındadır. Alim, mühəndis və tədqiqatçılar tərəfindən Qırmızı planetdə həyatın sirri öyrəniləcək şəhərin sahəsi 170 min kvadratmetr təşkil edir.

Məhəmməd Nasir Al-Ahbabi bildirib ki, BƏƏ-nin kosmik sektoru iqtisadiyyatın inkişafına töhfə verir, habelə Ərəb Əmirliklərini qabaqcıl texnologiyalar və sənaye sahəsinin lideri kimi təqdim edir.

MənbəAzərTac
Son xəbərlər
Digər xəbərlər