16 C
Baku
Thursday, April 25, 2024

Dubayda nəqliyyat kartını və kredit ödənişini qol saatı əvəzləyəcək

Birləşmiş Ərəb Əmirliyinin Yol-Nəqliyyat İdarəsi ictimai nəqliyyatda ödəniş kartından imtina etməyi planlaşdırır. Novator.az xəbər verir ki, qurum kartları ödəmə funksiyası olan qol saatları ilə  əvəzləməyə hazırlaşır.

Nəqliyyat idarəsinin təşəbbüsü köhnəlmiş ödəniş alətini insanın üstündə daha rahat gəzdirə biləcəyi qurğu ilə əvəzləməyə yönəlib.
35-ci “GITEX Technology  Week” sərgisində təqdim olunan “Watch2pay” qol saatları kredit ödəmə imkanları ilə təchiz ediləcək. Bu saatla təkcə metro, avtobus və taksidə deyil, ticarət mərkəzlərində də ödəniş etmək mümkün olacaq. Saata bankomat və ya mobil əlavələr vasitəsilə pul yükləmək mümkündür.
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər