Dünya əhalisi həftədə neçə saat işləyir?

Bir çoxları bütün həyatlarını işdə keçirdiklərini deyərək gileylənirlər. Lakin unutmayaq ki, Çin vətəndaşları günün 10 saatını işdə keçirirlər.
MDB ölkələri və ABŞ sakinləri həftədə 40 saat işləyir. ABŞ-da iş həftəsinin bu qaydası hələ XX əsrin 40-ci illərində təyin edilmişdi. Lakin hazırda bu qayda dövlət işçiləri üçün keçərlidir. Belə ki, bir çox özəl şirkətlər bu göstəricini 35 saata endirib.

Əməksevər Avropa:
Avropa Parlamenti həftədə 48 saat maksimum iş normasını təyin edib. Bəzi ölkələr buraya öz istisnalarını əlavə edib. Məsələn, Finlandiya belə hesab edir ki, onun vətəndaşları 40 saatdan çox yox, məhz 32 saat işləməlidir. Adətən isə avropalılar həftədə 35 saat işləyir.
Hollandiya ən qısa orta statistik iş həftəsinə – 27 saat normasına sadiqdir. Holland müəssisələri 4 günlük iş gününə keçid edir, orta işçinin iş günü isə 7 saat 30 dəqiqə təşkil edir.
İrlandiya və Fransada isə iş həftəsi 35 saatdır. Bu dünyada ən aşağı səviyyəli göstəricilərdən biri olsa da, İrlandiyada əməyin məhsuldarlığı kifayət qədər yüksək səviyyədədir. Fransada cümə günü rəsmi olaraq iş günü hesab edilsə də, bir çox şirkətlər bu günü qısaldır. Cümə günü nahar fasiləsindən sonra kimisə öz iş masasının arxasında görmək çətin məsələ olur. Keçən əsrin 90-cı illərində Fransada 35 saatlıq iş normasının tətbiq edilməsi əhali arasında narazılığa səbəb olmuşdu. Bu yaxınlarda ölkə rəhbərliyi həftəlik iş normasının artırılması məsələsinə qayıtdı və bu da çox sayda etiraz yürüşlərinin baş qaldırmasına gətirib çıxardı.

Danimarka əhalisi gün ərzində 7 saat 21 dəqiqə işləyir. Burada iş həftəsinin davamiyyət müddəti 37,5 saat tə.kil edir ki, bu da Avropada ən aşağı səviyyəli göstəricilərdən biridir. Lakin bununla belə, danimarkalılar saatda təqribən 37,6 avro qazanır.

Almanlar bütün dünyada zəhmətkeş hesab edilsələr də, Almaniyada iş həftəsi 38 saat davam edir. Bundan əlavə, ölkədə mövcud olan təcrübəyə əsasən, hər hansı bir şirkətdə maliyyə problemləri yarandıqda əməkdaşların ixtisar edilməsi əvəzinə iş saatı azaldılır.

Norveç sakinləri isə həftədə 39 saat çərçivəsində çalışır. Avropada ən əməkseçər ölkələr Böyük Britaniya, Yunanıstan və portuqaliyadır. Britaniyalılar həftədə 43,7, portuqaliyalılar 48, yunanlar isə 43,7 saat işləyir.

labour

Asiyada insanlar daha çox zəhmət çəkir. Çində iş günü 10 saat təşkil edir və üstəlik şənbə günü də iş günü hesab edilir. Nəticədə həftədə 60 saat qaydası yaranmış olur. Çinlilərin nahar fasiləsi 20 dəqiqə, məzuniyyətləri isə ildə 10 gündür.

Yaponiyada standart iş müqaviləsində iş həftəsi 40 saat olaraq nəzərdə tutulub. Lakin yaponlar üçün karyera pilləsində irəliləməyin əhəmiyyətinin nə dərəcədə vacib olduğunu bilirik. Bu irəliləyişi isə əksər hallarda insanın iş yerində nə qədər çox zaman keçirməsi təyin edir. Bu səbəbdən də bəzi hallarda iş həftəsi 50 saata bərabər olur.

Tailand və Hindistanda da şənbə iş günü hesab edilir və işçilərin əksəriyyəti həftədə 48 saat çalışır. Dövlət müəssisələri və həmçinin qərb şirkətlərinin ofislərində 40 saatlıq iş həftəsi qaydasına riayət edilir.

📝 RƏY BİLDİR