12 C
Baku
Friday, March 29, 2024

Dünya Bankı Ekvadora 150 milyon dollar ayırıb

Dünya Bankı Ekvadorda baş verən dağıdıcı zəlzələnin fəsadlarının aradan qaldırılmasına 150 milyon dollar ayırıb.

RİA Novosti agentliyinin verdiyi məlumata görə, bunu bankın Latın Amerikası üzrə vitse-prezidenti Corc Familyar bəyan edib.

“Bu layihə çərçivəsində biz müxtəlif tibbi avadanlıq, mobil hospitallar və fövqəladə halların nəticələrinin aradan qaldırılması tədbirlərində istifadə edilən ləvazimatların əldə edilməsi və paylaşdırılmasına dəstək göstərəcəyik”, deyə C.Familyar bildirib.

Bununla yanaşı, Dünya Bankı Ekvador hökumətinə güzəştli kredit ayırmaq niyyətindədir.

Xatırladaq ki, Ekvadorda aprelin 16-da baş verən güclü zəlzələ nəticəsində 602 nəfər ölüb.

APA

Son xəbərlər
Digər xəbərlər