16 C
Baku
Friday, April 19, 2024

Dünya bankı “pandemiya” istiqrazları buraxdı

Banker.az xəbər verir ki, Dünya bankı inkişaf etməkdə olan ölkələrə yoluxu xəstəliklərin peyda olması zamanı kömək etmək üçün ilk dəfə “pandemik” istiqraz və derivativlər buraxıb.

Dünya bankı 3 il müddətinə iki bondun buraxılması ilə ümumilikdə cəmi 320 milyon dollar cəlb edə bilib. Bundan əlavə, Dünya bankı yoxsul ölkələri pandemiyadan qorumaq üçün 105 milyon dollar dəyərində svoplar təklif edib.

Əldə edilmiş vəsaitlər 2016-cı ildə bank tərəfindən yaradılmış xüsusi fonda – Pandemiya halında fövqəladə tədbirlərin maliyyələşməsi mexanizminə (Pandemic Emergency Financing Facility, PEF) köçürülüb.

Buraya mütəmadi kupon ödənişləri daxildir, lakin pandemiya baş verdiyi halda investorlar istiqrazlar və yaxud əsas borc üzrə gəlirin bir hissəsini itirir. Bu vəsaitlər isə zərər çəkmiş ölkələrə və yaxud onlara kpmək edən xeyriyyə təşkilatlarına köçürüləcək.

İstiqrazların buraxılması prosesində aparıcı anderrayter qismində İsveçrənin yenidən sığorta şirkəti Swiss Re çıxış edib. Bundan əlavə, buraxılışın təşkilində həmçinin Munich Re və GC Securities şirkətləri də iştirak edib.

 

Son xəbərlər
Digər xəbərlər