26 C
Baku
Wednesday, April 24, 2024

Dünya Bankı Rusiya iqtisadiyyatı üzrə artım proqnozunu azaldıb

Rusiyada bu il iqtisadi artım tempinin 1,3% təşkil edəcəyi gözlənilir.

“Rambler News Service”ə istinadən, bu barədə Dünya Bankının (DB) “Rusiya iqtisadiyyatı: durğunluqdan canlanmaya doğru” adlı hesabatında məlumat verilib. Qeyd edək ki, daha əvvəlki hesabatda bank Rusiya iqtisadiyyatının bu il 1,5% artacağını proqnozlaşdırırdı.

DB-nın proqnozlarına görə, neft qiymətləri cari səviyyədən 15% azalarsa bu il Rusiyada iqtisadi artım 1% olacaq. 2018-2019-cu illərdə isə artım 1,2% təşkil edəcək. Əgər neftin qiyməti 15% artarsa, o zaman ÜDM bu il 1,6%, 2018-2019-cu illərdə isə 1,8% artacaq.

Bankın ekspertləri Rusiya iqtisadiyyatının neftin qiymətindən asılılığının davam edəcəyini bildiriblər.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər