8 C
Baku
Tuesday, March 19, 2024

Dünya Bankı transformasiyaya hazırlaşır

Dünya Bankı (DB) iri inkişaf layihələrinin kreditoru olmaqdan çıxıb, özəl sektor investisiyalarının brokerinə çevrilir.

“Vestifinance.ru” saytına istinadən, bu barədə DB qrupunun prezidenti Cim En Kim London iqtisadiyyat məktəbindəki çıxışında bildirib.

Prezident qeyd edib ki, inkişaf layihələrinin maliyyələşdirilməsi öz ölçüsü və sürətinə görə, köklü surətdə dəyişilməlidir. Maliyyələşdirmə milyard dollarlıq yardımlardan trilyon dollarlıq investisiyalara keçməlidir.

C.E.Kim çıxışında bildirib ki, kapital bazarlarından kənarda qalan böyük maliyyə resursları var ki, bunu inkişaf etməkdə olan ölkələrə yönləndirmək olar. İnvestorların bu kateqoriyadan olan ölkələr barədə məlumatlarının olmaması vəsaitlərinin istifadəsiz qalmasına səbəb olur.

Kim, həmçinin qeyd edib ki, DB özəl sektorla inkişaf etməkdə olan ölkələr arasında vasitəçi olmalıdır. Bankın prioritet vəzifəsi pul vermək deyil, inkişaf etməkdə olan ölkələr və layihələrdə riskləri azaltmaq olmalıdır. Onun fikrincə, Bank qlobal maliyyə bazarları, inkişaf etməkdə olan ölkələrin hökumətləri və yoxsul halda yaşayan insanlar arasında vasitəçi olacaq.

DB-nin vəzifəsi investisiya və sığortadan biznes məsləhətləri və lobbiçilik siyasətinə qədər uzanacaq.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər