20 C
Baku
Saturday, May 11, 2024

Dünya Bankı Yaxın Şərqdəki müharibə səbəbindən qazın bahalaşacağını proqnozlaşdırıb

Dünya Bankı beynəlxalq münaqişələrin inkişafını nəzərə alaraq əmtəə bazarları üçün proqnozunu təqdim edib. Bank hesab edir ki, Yaxın Şərqdəki eskalasiya təbii qaz, gübrə və ərzaq qiymətlərində qlobal artıma səbəb ola bilər. Geosiyasi gərginlik artmasa, qlobal əmtəə qiymətləri 2024-cü ildə 3%, 2025-ci ildə isə 4% azalacaq.

Dünya Bankı qeyd edir ki, Yaxın Şərq qazın ən mühüm tədarükçüsüdür, çünki mayeləşdirilmiş təbii qazın qlobal ticarətinin 20%-i Hörmüz boğazının payına düşür. Bölgədə münaqişə qızışarsa, qazın kəsilməsi riski var ki, bu da öz növbəsində gübrə və ərzaq məhsullarının bahalaşmasına səbəb olacaq.

Ümumilikdə, geosiyasi gərginliklər və Rusiya ilə Ukrayna arasında davam edən münaqişələr fonunda həyati vacib ərzaq məhsullarının tədarükü təhlükə altındadır, hesabatda deyilir. Ukraynanın ixrac obyektlərinə hücumların artması taxıl tədarükünün azalmasına gətirib çıxara bilər.

Dünya Bankı qeyd edir ki, kəskinləşən geosiyasi gərginlik artıq əsas malların qiymətlərinə təzyiq göstərir. Belə ki, aprelin əvvəlində “Brent” markalı neftin qiyməti 91 dollar/barelə çatıb ki, bu da 2015-2019-cu ilin orta səviyyəsindən 34 dollar yüksəkdir. Qızıl da tarixin ən yüksək səviyyəsinə yüksəlib. Aprelin əvvəlində qızılın qiyməti bir unsiya üçün 2300 dolları ötüb.

Dünya Bankının ilkin proqnozu 2024-cü ildə qlobal ərzaq qiymətlərinin 6%, 2025-ci ildə isə 4% azalacağını nəzərdə tutur. Gübrə qiymətlərinin 2024-cü ildə 22%, 2025-ci ildə isə 6% ucuzlaşması gözlənilir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər