Dünya birjalarında neft bahalaşıb

Dünya birjalarında neftin dəyəri artıb.

Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 08:38 radələrində, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 41 sent, yəni, 0.59% bahalaşaraq 69.75$-a təklif olunub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI (West Texas Intermediate) neftinin qiyməti 26 sent, yəni, 0.40% artaraq 65.26$-da qərarlaşıb.