15 C
Baku
Friday, March 29, 2024

Dünya çempionatı maliyyə bazarlarına necə təsir edir?

Futbol üzrə dünya çümpionatı artıq başladı. Bəs bu möhtəşəm turnirin maliyyə bazarlarına hər hansı bir təsiri varmı? Var. Ticarət platformalarında da bütün dünyada olduğu kimi komandaların qələbə və məğlubiyyətləri diqqətlə izlənir və bu öz təsirini kotirovkalarda da əks etdirir. Ümumilikdə bu çempionat qaliblərinə aiddir.

Goldman Sachs investisiya bankı nəhəng futbol turniri ilə fond bazarları arasındakı qarşılıqlı münasibəti araşdırmış və əhəmiyyətli nəticələrə nail olmuşdur. Orta hədlə qalib gələn ölkələrin fond indeksləri qələbədən 1 ay sonra 3,5% artır.

Qısası, bu da pərəstişkarların emosiyaları kimi müvəqqətidir və tez bir zamanda keçib gedir. İlin nəticələrinə görə isə qalib ölkənin fond bazarı 4% enir.

Bu tendensiya zamanla təsdiq olunub və 1974-cü ilin statistikasına görə dəyişmir də. Lakin burada yalnız bir istisna var ki, bu da Braziliyanın 2002-ci ildəki vəziyyətidir. Lakin o zaman ölkədə makroiqtisadi vəziyyət çox pis vəziyyətdə idi. Bovespa indeksi çempionatdan öncə də, sonra da enirdi.

Son xəbərlər
Digər xəbərlər