26 C
Baku
Wednesday, April 24, 2024

Dünya dəyişir: 2020-ci ilin ən böyük 10 iqtisadiyyatı

Müəllif: Embawood: Strateji İdarəetmə Qrupunun rəhbəri və Qafqaz Universiteti Marketinq müəllimi Cəbrayıl Vəliyev

Bu dəfə oxucularımızı Beynəlxalq Maliyyə Fondunun (IMF) 2020 və daha sonrakı dönəmlər üçün irəli sürdüyü maraqlı dəyişikliklərlə tanış etmək istəyirəm.

IMF-Euromonitor araşdırma və təxminlərinə görə 2020 və sonrakı 10 illiklərdə iqtisadi coğrafiyada güc mərkəzləri dəyişəcəkdir. Böyük ümidlərlə qurulan Avropa Birliyi iqtisadi cəhətdən geriləmə xəttindədir. Geriləmə trendi daha əvvəldən başlasa da 2010-cu il ilə 2020-ci ildə dünyada ən iri iqtisadiyyata sahib ölkələr sırasından artıq Avropa ölkələri arxa pillələrə düşməkdə, bəziləri isə ümumiyyətlə siyahıdan çıxmaq üzrədirlər. Bu geriləmə trendinin daha sonrakı 10 illiklərdə isə daha sürətlə gedəcəyi də söylənir. 2030-cu illərdə Türkiyənin də ən böyük iqtisadiyyatlardan birinə sahib olacağı təxmin edilməkdədir. Bəs Avropa ölkələrini hansı dövlətlər əvəz edəcək? Bu suala cavab vermək üçün elə aşağıdakı cədvəl və grafiklərə nəzər salsaq aydınca görə bilərik:

worldek1

Yüksələnlər və düşənlər dəyişiminə nəzər salsaq görəcəyik ki geriləyən dövlətlər Avropa ölkələridir. Yüksəlmə trendinə girənlər isə əsasən Asiya ölkələridir ki bunlarında başında Çin, Hindistan, Cənubi Korea, İndoneziya, Rusya (Avrasiya ölkəsi) gəlir. 2020-ci ildə Satınalma paritesinə görə Top 10 iqtisadiyyata sahib ölkələr içində sadəcə 3 Avropa ölkəsi yer alacaqdır: Almaniya, Böük Britaniya və Fransa. Sonrakı illərdə həmçinin Fransanın da bu siyahıdan çıxacağı təxmin edilməkdədir. Maraqlı bir təxmin isə Çinin ABŞ-ı keçəcəyidir ki, əslində bu iddialar illərdir səslənir. Sadəcə son ildə Çinin də iqtisadi artımının zəiflədiyi müşahidə edildiyi üçün bu gedişatın və dəyişikliyin önümüzdəki illərdə necə cərəyan edəcəyi çox maraqlıdır.

worldek2

Yuxarıdakı cədvəldə ölkələrin ÜDM-lərindəki dəyişiklik təxminləri göstərilmişdir. Çinin 2020-ci ildə 2010-cu ilə nəzərən ÜDM-sini 3 dəfə, Hindistanın da təqribən 2,5-3 dəfə artıracağı təxmin edilməkdədir. Rusya və Brazilyada da təxmin edilən ÜDM artımları ilə BRIC bloku artıq dünya iqtisadiyyatının çox böyük payını təşkil edəcəkdir. Aşağıda 2020-ci ildə ölkələrin Dünya iqtisadiyyatında payları göstərilmişdir.

world3

2020-ci ildə dünya iqtisadiyyatının 64%-nii məhz 10 ölkənin iqtisadiyyatı təşkil edəcəkdir. Digər dünya ölkələri isə dünya iqtisadiyyatının cəmi 36%-nə sahib olacaqdır.

Növbəti bloq yazılarımda bu dəyişikliklərə səbəb müxtəlif nüanslar, görüşlər və trendlər barədə fikirlərimi paylaşmaq istəyirəm.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər