16 C
Baku
Friday, April 26, 2024

Dünya dövlətləri qızıl ehtiyatlarını sürətlə artırır

Xarici mütəxəssislər gələcəkdə qızılın ödəniş vasitəsi kimi istifadə olunacağını deyirlər.

Rusiya, Çin, Almaniya  və digər nüfuzlu dövlətlər qızıl ehtiyatlarını artırmağa başlayıb.

İqtisadçılar bunu dolların öz mövqelərini qızıla güzəştə getməsi ilə əlaqələndirirlər. Həmçinin qızıla tələbat get – gedə artdığı üçün onun qiyməti də yüksəlməkdə davam edir. Dövlətlər  müxtəlif səbəblərə görə qızıl ehtiyatlarını artırmaqda maraqlıdırlar: Bu metalı ən yaxşı sığorta vasitəsi hesab edirlər. Məsələn, İran təcrübəsi göstərdi ki,  dövlətlər qızıl vasitəsi ilə bir – birinə sanksiya tətbiq edə bilmirlər. Çünki İran və ABŞarasında vəziyyətin ən gərgin olduğu vaxtlarda belə Birləşmiş Ştatlar İranın xarici anbarlarda saxlanılan qızıl ehtiyatlarına sanksiya qoya bilməmişdi.

“Qızılın ödəniş vasitəsi kimi istifadə olunması texniki baxımdan mümkün deyil”.

İqtisadçıların fikrincə, yaxın illərdə dünya iqtisadiyyatında  böhran davam edəcək. Qızıl isə qoruyucu aktiv kimi öz mövqeyini  gücləndirəcək. Bəzi xarici mütəxəssislər gələcəkdə ödəniş vahidi  və ya ehtiyat valyuta kimi qızılın dolları əvəz edəcəyini proqnozlaşdırırlar.  Azərbaycanın da yetəri qədər qızıl ehtiyatı var. “World Gold Council”-nın (Ümumdünya Qızıl Şurası) statistik hesablamalarına  görə,  Azərbaycanın 30 ton (50 –ci yer) qızıl ehtiyatı var.

600@0

Dünyanın ən böyük qızıl ehtiyatları olan ölkələrinin ilk beşliyi
Dünyanın ən böyük qızıl ehtiyatları olan ölkələrinin ilk beşliyi

Ona görə də qızılın əsas ödəniş vasitəsi kimi istifadə olunmasının nə qədər real olması istər – istəməz Azərbaycan üçün də əhəmiyyətlidir. Baxmayaraq ki, beynəlxalq səviyyəli iqtisadçılar gələcəkdə qızılın  dolları əvəz edəcəyini açıqlasalar da, Azərbaycanlı ekspertlər bunun o qədər də real olmadığını deyirlər.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı Vüqar Bayramov deyir ki, qızılın əsas ödəniş vasitəsinə çevrilməsi yaxın illərdə mümkün deyil. “Düzdür əvvələr qızıldan ödəniş vasitəsi kimi asılıq var idi. Amma 1920-ci illərdən sonra dünyada əsas ödəniş vasitəsi kimi dollar istifadə edilirdi. Dollarlaşma səviyyəsinin yüksək olması ona alternativin tapılmasını xeyli çətinləşdirir”,-deyə Vüqar Bayramlı bildirdi.

İqtisadçı qeyd etdi ki, həmçinin qızıl ehtiyatlarını artırmağa davam edən Çin, Almaniya və Rusiyanın qiymətli metalı ödəniş  valyutasına   çevirməsi ilə bağlı anlaşacağı inandırıcı görünmür. “Çünki adıçəkilən dövlətlər arasında münasibətlər heç yaxşı deyil. .  Həmçinin qızılın ödəniş vasitəsi kimi istifadə olunması texniki baxımdan mümkün deyil”,-deyə iqtisadçı bildirdi.

Vüqar Bayramlı - iqtisadçı
Vüqar Bayramlı – iqtisadçı

Amma iqtisadçi qeyd edir ki, dövlətlərin ticarətin əlaqələndirilməsi sahəsində öz qızıl  ehtiyatlarından istifadə edilməsi mümkündür. “Dövlətlər qızılı ehtiyat üçün saxlamağa çalışırlar. Onlar vəsaitə ehtiyacları olduğu halda həmin qızılı dünya bazarına çıxarıb satırlar. Əldə etdikləri gəlirləri lazımi istiqamətlərdə xərcləyirlər”,-deyə iqtisadçı bildirdi.

Hazırda da dövlətlərin qızıla marağı çox yüksəkdir.  Mart ayına olan məlumatda  Birləşdirilmiş Ştatların qızıl ehtiyatı 8,134 min tona (birinci yer) bərabərdir. Almaniya xarici anbarlarda saxladığı qızıl ehtiyatlarının ölkə daşınmasını sürətləndirib.  Kanada isə əksinə son 80 il ərzində  qızıl ehtiyatlarını satmaqla əldə olunan gəliri daha likvid aktivlərdə saxlamağa sərf edir.

Ən çox qızıl ehtiyatı olan dövlətlərin yerləşdiyi ərazilər
Ən çox qızıl ehtiyatı olan dövlətlərin yerləşdiyi ərazilər

Hazırda ABŞ valyutasının təziqləri qarşısında qızılın ödəniş vasitəsinə çevrilməsi real görünmədiyi məlum olur. Amma qədim dövrlərdə bəzi (Hindistan, Çin) dövlətlər qarşılıqlı razılıq əsasında ödənişlər üçün qızıl sikkələrlə həyata keçiriblər.  İlk qızıl sikkələr 2500 il bundan əvvəl Türkiyədə yerləşən Lidiya ərazisindən tapılıb.  Qızılın ödəniş vasitəsi kimi huquqi cəhətdən ilk dəfə Pariskonfransının (1867-ci il) razılaşmasında ifadə olunub. 1933-cü ildə isə qızılın qiymətinin kəskin ucuzlaşması ABŞ-ı qızıl-pul standartından imtina etməyə (banklarının 40 %-nin müflisləşdi) məcbur etdi. 1971-ci ilin avqustun etibarən dolların qızıla dəyişdi­rilməsi prosesi dayandırıldı.

Qızılla ödəniş birinci mərhələdə uğursuzluqla nəticələnib. Yəqin ki, qızıl ehtiyatlarını artıran Rusiya və Çinin yoxsa qiymətli metallarını sıfıra endirən əvəzində istiqrazlarını çoxaldan Kanadanın düzgün addım atdığı yaxın illərdə məlum olacaq. Rusiya, Çin və Avropa iqtisadiyyatının dayaqlarından sayılan Almaniyanın qızıl ehtiyatlarını daha da artırması yəqin ki, gələcəkdə baş verə biləcək iqtisadi böhranlara hazırlıqdır. Həmçinin bir müddət əvvəl Rusiya və Çin ətrafına topladığı dövlətlərlə birlikdə  Asiya İnfrastruktur İnvestisiyaları  Bankını yaradıblar. Bəzi hallarda bankın ABŞ-ın nəzarəti altında olan maliyyə qurumlarına (Dünya Bankı və Beynəlxalq Valyuta Fondu) rəqib olaraq təsis edildiyi bildirilir.  Bununla bərabər İran, Çin, Rusiya kimi dövlətlər gələcəkdə dollarla ticarətdən imtina etmək barədə planlar qurular. Yəqin ki, ABŞ-a rəqib olan dövlətlər elə onun valyutasını zəiflətmək, iqtisadi sanksiyalarından və təziqlərindən  yayınmaq  üçün qızıl ehtiyatlarını artırırlar. Çünki qızıl ehtiyatı olan hər bir dövlət  iqtisadi çətinliklə qarşılaşanda qiymətli metalı dünya bazarına çıxarıb sata bilir.

ANS-Press

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər