21 C
Baku
Thursday, April 25, 2024

Dünya maliyyə bazarının əsas inkişaf mərhələləri

XX əsrin 30-cu illəri

Bu dövrün əsas hadisələri dünya maliyyə böhranının baş verməsi, iqtisadi-ticarət əlaqələrinin kəsilməsi, qızıl-sikkə standartlarında hökmranlığın artıq keçmişdə qalmasıdır.

30-cu illərin ortalarında London artıq dünyanın maliyyə mərkəzinə çevrilir. Bu dövrdə Britaniya funtu ticarət əməliyyatlarında və valyuta ehtiyatının yaradılmasında əsas valyuta rolunu oynayır. Elə bu zaman funtu “cable” adlandırmağa başlayırlar. Bu onunla əlaqədar idi ki, müqavilələrin imzalanması zamanı əsas ünsiyyət və əlaqə vasitəsi teleqraf idi və informasiya kabellər vasitəsilə ötürülürdü.

1930-cu ildə həmçinin İsveçrənin Bazel şəhərində Beynəlxalq Hesablaşmalar bankı yaradılır. Bu bankın yaradılmasının isə əsas məqsədi ödəniş balansında müvəqqəti defisit yaşayan kiçik müstəqil dövlətlərə maliyyə dəstəyi təşkil etmək idi.

1944

Bu ildə ABŞ-da Bretton Woods konfransı baş tutur. Bu konfransı Amerika-Britaniya rəqabətinin sonu hesab edirlər. Bu konfransda iki nəhəng şəxs iştirak edirdi: John Maynard Keynes (İngiltərə) və Harry Dexter White (ABŞ). Bu iki şəxs yaranmış şərait ilə bağlı dünya maliyyə sistemində yeni inkişaf yolları yarada bilirlər.

Bretton Woods sisteminin əsas müddəaları bunlar idi: Beynəlxalq valyuta fondu beynəlxalq maliyyə-iqtisadi münasibətləri idarə edən vacib instituta çevrilir; beynəlxalq ehtiyat rolu oynayan valyutalar yaranır; dollar qızıl ilə əlaqələndirilir; BVF-nun üzvləri yalnız BVF-nin razılığı ilə paritetləri dəyişə bilərlər; keçid dövründə bütün valyutalar konvertasiya edilməlidir.

1947

Kommunizmin peyda olmasını əngəlləmək üçün ABŞ-da Avropa iqtisadiyyatının bərpa edilməsi proqramını qəbul edirlər. ABŞ-ın dövlət katibi Marşall öz hesabatında planı belə təsvir edir: Avropa öz iqtisadiyyatını o dərəcəyə qədər bərpa edəcək ki, artıq özü müstəqil şəkildə hərbi potensialını təmin edə biləcək. Onun əsas tapşırığı “dollar aclığı”-nı yatırtmaq idi. 1949-cu ildə ABŞ-ın Avropadakı dollar öhdəliyi 3,1 milyard dollar olduğu halda, bu məbləğ 1959-cu ildə 10,1 milyard dollara çatmışdı.

1958-ci ildə Avropa ölkələrinin əksəriyyəti öz valyutalarının müstəqil konvertasiya haqqında qərar qəbul etdi.

1964

Bu ildə Yaponiya öz valyutasının konvertasiyasını elan etdi. Əsas valyutaların konvertasiyası elan edildikdən sonra belə aydın olur ki, ABŞ qızıl unsiyasına görə 35% dəyərini dəstəkləmək iqtidarında deyil. Dollar inflyasiyası ABŞ üçün təhlükə yaradırdı.

Bu zaman Kennedi administrasiyası tərəfindən bir sıra yalnız fəaliyyətlər qəbul edilmişdi. Belə ki, xarici borcalanların xərclərini artıran differensial faiz dərəcəsi ilə bağlı vergi tətbiq edilmiş və əcnəbi kreditlərin könüllü şəkildə məhdudlaşdıırlması proqramı həyata keçirilmişdi. Vergi və məhdudiyyətlər yeni – avrodollar bazarının yaranmasına yeni təkan oldu.

1967

Bu zaman ingilis funtunda devalyasiya baş verdi və bu xəyali Bretton Woods sisteminin sabitliyinə son zərbəni vurdu.

60-cı illərdə ABŞ-ın ödəniş balansında yaranmış defisit ölkənin qızıl ehtiyatının 18 milyard dollardan 11 milyard dollara enməsinə səbəb oldu. Bununla eyni vaxtda ABŞ-ın xarici borcları da artmağa başlayırdı.

1970

1970-ci ildə ABŞ-da faiz dərəcələri qəfil olaraq enməyə başlayır ki, bu da dolların böhranla üzləşməsinə səbəb olur. Qısa zaman kəsiyi ərzində ABŞ-dan Avropaya kütləvi şəkildə kapital axını baş verir. Burada faiz dərəcəsi səviyyəsi nisbətən yüksək idi.

1971-ci ilin mayı

Almaniya və Hollandiya müvəqqəti olaraq valyutalarının sərbəst üzməsini elan edir.

1971-ci ilin avqustu

ABŞ-ın ödəniş balansında defisitin artması prezident R. Niksonu dolların qızıla konvertasiya edilməsini dayandırmasına sövq etdi.

1971-ci ilin dekabrı

Vaşinqtonda Smitsoniansk institutunda keçirilən yığıncaqda Bretton Woods sisteminin qorunması üçün son cəhdlər edildi. Valyuta məzənnələrinin paritetlərdən yayınma intervalı 4,5%-ə yüksəldildi.

İntervalın sərhədlərini müəyyən etmək asan məsələ deyildi. Və müəyyən müddətdən sonra Bundesbank 5 milyard dollar həcmində intervensiya keçirdi. Bu o zamanlar üçün çox nəhəng məbləğ idi, lakin heç bir uğur qazandırmadı. Avropa və Yaponiyada valyuta birjalarını müvəqqəti olaraq bağlamaq lazım gəldi, ABŞ-da isə dolların 10% düşməsi elan edildi.

1973-1974

ABŞ mərhələli olaraq faiz differensialını və əcnəbi kreditlərin könüllü olaraq məhdudlaşdırılması proqramını ləğv etməyə başlayır. Bretton Woods sistemi öz mövcudluğunu başa çatdırdı. Bretton Woods sisteminin fəaliyyətinin son illərində treyderlər böyük spekulyativ mənfəət əldə etməyə başlayırlar. Sabit mübadilə ləğv edildikdən sonra belə bir gəlirin əldə edilməsi sürətlə məhdudlaşdırılmağa başlanıldı. Bir çox banklar böyük itkilərlə üzləşdi. İki məşhur bank – Kolonda “Bankhaus Hershtadt” və Nyu-Yorkda “Franclin National” bankı uğursuz spekulyasiya əməliyyatları  səbəbindən hətta müflis olmuşdular.

1976

1976-cı ildə Yamayka konfransı baş tutur (Kinqston şəhəri). Dünyanın aparıcı dövlətlərinin nümayəndələri Dünya valyuta sisteminin formalaşmasında yeni prinsiplər formalaşdırdılar. Dövlətlər beynəlxalq ödənişlər zamanı defisiti ört-basdır etmək üçün qızıldan istifadə etməkdən imtina etdilər.

1978

Bu ildə Avropa valyuta sistemi yaradılır. Avropa valyuta sisteminin özülü mərkəzi və xarici mübadilə məzənnələrinin dəyərlərinin şəbəkəsi idi. Ümumilikdə, Avropa valyuta sistemi Bretton Woods-u xatırladırdı. Avropa valyuta sisteminin əsas valyutası alman markı idi.

1985

Avropa valyuta vahidi tədricən sayı deyil, fiziki alətə çevrilir. AVV-də nömrəsiz yol çekləri və kredit kartları buraxılır, banklar isə AVV-də depozitlər açırlar.

1999-cu ilin yanvarı

Bu illərdə bazarda yeni valyuta Avropa valyutası – avro peyda oldu və özü ilə bərabər Avropa valyuta sistemini əvəz etdi. Avropa dövlətləri artıq mübadilə məzənnələrini avro ilə münasibətdə qurmalı idilər. Məhz bu illərdə Avropa Mərkəzi bankı Avropa valyuta birliyinin valyuta siyasətini idarə etməyə başladı.

Digər maliyyə bazarlarından fərqli olaraq valyuta bazarında ticarətlərin həcmi böyük, pulların hərəkəti isə yüksək sürətli idi. Bu gün ərzində 24 saat işləyən yeganə dünya bazarıdır. Onun gəlirliliyi bir gün üçün 1 trilyon ABŞ dollarına yüksəlmişdir.

Hazırda valyuta bazarında əməliyyatlar dünyanın Chase Manhattan Bank, Barclays Bank, Swiss Bank Corporation və s. kimi banklarının əsas gəlir mənbələrindən biridir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər

1 comment

Comments are closed.