15 C
Baku
Saturday, April 20, 2024

Dünya milyarderlərinin reytinqi – 2016

Forbes jurnalı ənənəvi olaraq yenilənmiş dünya milyarderlərinin reytinqi təqdim etdi. Reytinqin ən varlı və nüfuzlu milyarderləri ilə tanış olaq:

Bill Gates

Ölkə: ABŞ

Forbes reytinqində yeri: 1-ci yer

Sərvəti: $76,4 milyard

Fəaliyyət növü: Microsoft yaradıcısı olan Bill Gates Harvard universitetindəki təhsilini yarıda qoyur və ideyalarını həyata keçirməyə cəhd edir. Hazırda fəal olaraq xeyriyyəçiliklə məşğul olur və Gates Foundation fondunun sahibidir.

Amansio Orteqa

Ölkə: İspaniya

Forbes reytinqində yeri: 2-ci yer

Sərvəti: $61,1 milyard

Fəaliyyət növü: 1975-ci ildə keçmiş həyat yoldaşı Rozali Mera ilə birlikdə Zara brendini yaradıb.  Amansio Orteqa İspaniyanın ən varlı insanı, pərakəndə ticarət maqnatı olmaqla, məhsul təminatının böyük hissəsinə nəzarət edir. O cəmi 5 il ərzində (2009-cu ildən 2014-cü ilə qədər) 45 milyon dollar qazanmağı bacarıb. Orteqa bütün vəsaitlərini dünyanın müxtəlif ölkələrində daşınmaz əmlaka investisiya edir.

 

Karlos Slim Elu

Ölkə: Meksika

Forbes reytinqində yeri: 5-ci yer

Sərvəti: $47,4 milyard

Fəaliyyət növü: Karlos Slim Elu – Grupo Carso meksikan şirkətinin yaradıcısı və direktorlar şurasının sədridir. O üzləşdiyi maliyyə çətinliklərinə baxmayaraq, 2015-ci ildə The New York Times qəzetinin səhmdarına çevrildi.

 

Lilian Betankur

Ölkə: Fransa

Forbes reytinqində yeri: 11-ci yer

Sərvəti: $36, 3 milyard

Fəaliyyət növü: Lilian Nestle şirkətindən L’Oreal-ın 8%-ni aldıqda dünyanın varlı insanları siyahısına düşməyi bacarmışdı. Hazırda Betankur dünyanın ən varlı qadınları reytinqində 2-ci, dünyanın ən varlı insanları reytinqində isə 11-cidir.

 

Devid Tomson

Ölkə: Kanada

Forbes reytinqində yeri: 29-cu yer

Sərvəti: $23 milyard

Fəaliyyət növü: Kanadalı media maqnat bir zamanlar KİV-ə qapalı olmağı ilə məşhur idi. Buna baxmayaraq, Thomson Reuters media-nəşriyyat şirkətinin sədridir. Həmçinin, Woodbridge ailə biznesini idarə edir və şirkətin 57% səhminə,  Winnipeg Jets xokkey komandasının bir hissəsinə sahibdir.

 

Şahzadə əl-Valid ben Talal Al Saud

Ölkə: Səudiyyə Ərəbistanı

Forbes reytinqində yeri: 40-cı yer

Sərvəti: $17,6 milyard

Fəaliyyət növü: Bu ərəb şahzadəsi atasından aldığı 300 000 dollar krediti 32 milyard dollar şəxsi gəlirə çevirməyi bacarıb. O Səudiyyə kral ailəsinin üzvü, sahibkar və beynəlxalq bazarların investorudur.

Kild Kirk Kristiansen

Ölkə: Danimatka

Forbes reytinqində yeri: 68-ci yer

Sərvəti: $12,8 milyard

Fəaliyyət növü: O Danimarkanın ən varlı şəxsidir. O Lego oyuncaq şirkətinin yaradıcısı olan Ole Kirk Kristiansenin nəvəsidir.

Con Fredriksen

Ölkə: Kipr

Forbes reytinqində yeri: 142-ci yer

Sərvəti: $8 milyard

Fəaliyyət növü: O hazırda Kipr vətəndaşı olmasına baxmayaraq, onu ən varlı norveçli hesab etmək olar. Fredriksen ö sərvətini qara qızıla borcludur və İran-İraq müharibəsi zamanı (1980-1988) neft daşınmasından nəhəng pullar əldə edə bilmişdi.

Son xəbərlər
Digər xəbərlər