15 C
Baku
Saturday, April 20, 2024

Dünya ÜDM həcmi 2018-ci ildə səkkiz ilin maksimumuna qədər yüksələcək

Banker.az saytı xəbər verir ki, Fitch reytinq agentliyinin proqnozuna əsasən, 2018-ci ilin nəticələrinə görə dünya ÜDM həcmi 2010-cu ildən bu yana maksimum templərlə 3,1% artacaq.

Agentlik qeyd edir ki, 2017-ci ildə dünya ÜDM həcmi 2,9% artacaq.

Fitch agentliyinin baş iqtisadçısı Brayan Kulton bildirib ki, bu il daha sürətli artım inkişaf etmiş iqtisadiyyata sahib ölkələrdə olduğu kimi, inkişaf etməkdə olan iqtisadiyyatlı ölkələrdə də yaxşılaşmanı təcəssüm edir. Makrosiyasət və əmək bazarında vəziyyətin ağırlaşması inkişaf etmiş ölkələrdə tələbat artımını dəstəkləyir.

2017-ci ildə ən yüksək artım Avrozonada, həmçinin inkişaf etməkdə olan iqtisadiyyata sahib ölkələrdə müşahidə ediləcək.

 

Son xəbərlər
Digər xəbərlər