Dünyaca məşhur fizik Stiven Hokinq vəfat edib

Britaniyalı fizik Stiven Hokinq (Stephen Hawking) vəfat edib

Böyük Britaniyalı nəzəriyyəçi, fizik Stiven Hokinq vəfat edib.

“The Guardian” onun ailəsinə istinadən bildirib ki, fizik, bu gün 76 yaşında dünyasını dəyişib.

Stiven Hokinq: həyat və fəaliyyəti

“O, böyük alim və qeyri-adi insan idi. Atamın işi və irsi uzun illər yaşayacaq”, – Hokinqin övladları bildirib.

HƏYATI

Stiven Hokinq 1942-ci ildə Oksfordda anadan olmuşdur. 1962-ci ildə Oksford Universitetini bitirmiş və nəzəri fizika ilə məşğul olmağa başlamışdır. Elə həmin dövrdə Hokinqdə sonralar iflicə səbəb olacaq Yan amiotrofik sklerozun ilkin əlamətləri özünü biruzə verir. 1965-ci ildə Ceyn Vayldla evlənir, bir qız və iki oğlan atası olur. 1974-cü ildə Hokinq London Kral Cəmiyyətinin üzvü seçilir. 1985-ci ildə boğazından keçirdiyi əməliyyatdan sonra danışıq qabiliyyətini itirir.

Həmin dövrdən bəri fizik ətrafdakı insanlar ilə dostlarının ona bağışladığı əlil arabasına quraşdırılmış nitq sintezatoru vasitəsi ilə ünsiyyət saxlayır. O bu sintezatora əmrləri öz hərəkət qabiliyyətini saxlamış sağ alinin şəhadət barmağı vasitəsi ilə verir.

Ağır xəstəliyə baxmayaraq, Xokinq aktiv həyat tərzi sürür, 2007-ci ildə o, hətta xüsusi hazırlanmış kostyumda çəkisizlik şəraitində uçuş həyata keçirir. Bu gün elmin yaxın gələcəkdəki inkişafı müəyyən dərəcədə məhz – fiziki cəhətdən məhdudiyyətləri olan və köməyə ehtiyac duyan bu insandan asılıdır. Hazırda tamamilə hərəkət qabiliyyətini itirən Stiven Xokinq bu gün miqyasını görə heç bir analoqu olmayan COSMOS layihəsi üzərində çalışır. Bu proqram Britaniya kosmoloji tədqiqatlarının başlıca nüvəsini formalaşdırmalıdır.

Bundan əlavə, Hokinq bir neçə dəfə “Simpsonlar” və “Futurama” kimi multiseriallarda öz rollarını səsləndirmişdir.

Hal-hazırda Stiven Hokinq üç əsr əvvəl İsaak Nyutonun tutduğu “Lukasian” professorluğu vəzifəsini tuturdu. (Vikipedia)

📝 RƏY BİLDİR