25 C
Baku
Friday, April 19, 2024

Dünyada ən populyar messencer hansıdır?

“SimilarWeb” analitik şirkətinin məlumatına əsasən, hazırda dünyada “Android” əməliyyat sistemi üçün ən populyar messencer “WhatsApp”dır. 

Populyarlıq reytinqində ikinci yeri “Facebook Messenger” tutur ki, o da liderdən xeyli geri qalır.

“SimilarWeb” mütəxəssislərinin tədqiqatları göstərib ki, “WhatsApp” əminliklə məlumat mübadiləsi əlavələri arasında populyarlığı qoruyur. Proqram 109 ölkədə yayılıb. Siyahıda ikinci olan “Facebook Messenger” isə dünyanın 49 ölkəsinin istifadəçiləri tərəfindən istifadə olunur.

Maraqlısı isə budur ki, “WhatsApp” və “Facebook Messenger” istifadəçilərinin sayı birlikdə “Viber”, “Line”, “WeChat” və “Telegram” kimi nəhəng messencerlərin istifadəçilərinin birgə sayını xeyli üstələyir.

Lent.az

Son xəbərlər
Digər xəbərlər