26 C
Baku
Friday, April 19, 2024

Dünyada ilk trilyonerin olacağı dövr açıqlanıb

Dünyanın ilk trilyoneri sərvət paylanmasındakı qeyri-bərabərliyin artması fonunda gələcək 25 il ərzində peyda olacaq.

Banker.az belə xəbər verir ki, bu Oxfam beynəlxalq xeyriyyə təşkilatının araşdırmasında qeyd olunub. Şirkət bildirir ki, hazırda planetin 1%-i yerdə qalan 99%-dən daha çox sərvətə sahibdir. 8 varlı milyarderin sahib olduğu sərvət planetin yoxsul təbəqəsinin sahib olduğu ümumi məbləğə bərabərdir.
Araşdırma müəlliflərinin fikrincə, dünyanın varlı insanları reytinqinə Microsoft yaradıcısı Bill Gates, Inditex şirkətinin keçmiş rəhbəri Amansio Ortega, investor Warren Buffet, meksikalı biznesmen Karlos Slim, Amazon şirkətinin yaradıcısı Ceff Bezos, Facebook sosial şəbəkəsinin yaradıcısı və rəhbəri Mark Tsugerberq, Oracle şirkətinin keçmiş icraçı direktoru Larri Ellison və Bloomberg agentliyinin sahibi Maykl Bloomberg və digərləri daxildir.
Araşdırmada qeyd olunur ki, varlı və yoxsul arasındakı bu uçurumun əvvəllər təxmin edildiyindən daha böyük olduğu müəyyən edilib.

Vergilərdən yayınmaq bu uçurumun daha da böyüməsinə səbəb olan əsas amillərdən biridir. İnkişaf etməkdə olan ölkələrin vergi ödəməyən şirkətlərə görə illik zərəri təqribən 100 milyard dollar təşkil edir.

Növbəti 20 il ərzində bütün dünya üzrə 500 varlı şəxs öz varislərinə 2,1 trilyon dollar vəsait qoyacaqlar ki, bu da Hindistanın ÜDM-dan çoxdur. Son 30 il ərzində ABŞ əhalisinin yarısının gəlirləri artmadığı bir zamanda, ölkənin varlı şəxslərinin sərvəti 300% artıb.

Oxfam təşkilatının hesabatı hər il Davos forumunda təqdim edilir. Oxfam biznesmen və siyasətçiləri əmək haqqlarını artırmağa, proqressiv vergi ödəmə şkalası tətbiq etməyə, həmçinin vəsaitlərin ofşor zonalara çıxarılmasına qarşı gəlməyə çağırıb.

Son xəbərlər
Digər xəbərlər