13 C
Baku
Friday, April 26, 2024

Dünyada iqtisadi artım son 7 ilin rekordunu yeniləyib

Bu ilin 2-ci rübündə dünyaya iqtisadi artım 4,4% təşkil edib.

Bu barədə ABŞ “Morgan Stanley” bank holdinqinin açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, bu, 2010-cu ilin 4-cü rübündən bəri rekord həddir. Bankın mütəxəssislərinin sözlərinə görə, bəzi ölkələrdə ümumi daxili məhsulun (ÜDM) artım göstəricisi onlar üçün sürpriz olub. Söhbət əsasən Yaponiya və Rusiyadan, qismən isə Böyük Britaniya və Avropa İttifaqı ölkələrindən gedir. Hazırda iqtisadçılar həvəslə Hindistan və Braziliyadakı iqtisadi artım göstəricilərinin açıqlanmasını gözləyirlər.

Xatırladaq ki, bir qədər əvvəl “Fitch” beynəlxalq reytinq agentliyi dünya üzrə ÜDM-in artımının 8 illik rekordu yeniləyə biləcəyini bəyan edib.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər