15 C
Baku
Friday, March 29, 2024

Dünyada milyarderlərin sayı artıb

Knight Frank şirkətinin həyata keçirdiyi The Wealth Report illik hesabatına əsasən, sərvəti 1 milyard dollara bərabər olan və yaxud bu göstəricini geridə qoyan şəxslərin sayı 2016-cı ildə 60 nəfər artıb və 2024-ə çatıb.

Banker.az saytı heabata istinadən xəbər verir ki, son 10 ildə milyarderlərin sayı 45% artıb.

Keçən il ərzində multimilyonçuların sayı (30 milyon dollar və ondan daha çox sərvətə sahib olan şəxslər) 6340 nəfər artıb və 193 490 nəfərə çatıb.

Bununla belə, Knight Frank şirkətinin proqnozlarına əsasən, gələcək 10 il ərzində dünyada multimilyonçuların sayı 43% artacaq.

Son xəbərlər
Digər xəbərlər