Dünyada nə qədər şəxs “WhatsApp” işlədir?

2017-ci ilin dördüncü rübündə “WhatsApp” xidmətinin istifadəçilərinin aktiv sayı aylıq 1,5 milyard nəfəri keçib.

Rüb ərzində bu göstərici cəmi 200 milyon nəfər artıb.

Gündəlik olaraq “WhatsApp” istifadəçiləri biri-birinə 60 milyard məlumat göndərirlər.

 

Qeyd edək ki, 2014-cü ildə “Facebook” şirkəti “WhatsApp”ı 16 milyard dollara satın alıb. Həmin vaxtadək “WhatsApp”dan aylıq olaraq 450 milyon nəfər istifadə edirdi. Qeydiyyatdan keçmiş istifadəçilərin sayı hər gün 1 milyon nəfər artırdı.

📝 RƏY BİLDİR