16 C
Baku
Friday, April 19, 2024

Dünyanı kim idarə edir?

Isveçrəlilər 42 transmilli korporasiya ilə bağlı riyazi təhlil aparmış və belə bir dəhşətli qənaətə gəlmişlər ki, dünyanı cəmi bir nəhəng “super-korporasiya” idarə edir. Belə çıxır ki, dünya iqtisadiyyatının “yüyəni” məhz həmin qurumun əlindədir.

Qlobal korporativ sistemin modelini hazırlamaq üçün, Sürix Universitetinin mütəxəssisləri nəhəng məlumat massivini işləyib-araşdırmışlar. Bu məlumatlar iri transmilli korporasiyalar (TMK) arasındakı mülkiyyət münasibətlərini əks etdirir- bu barədə  New Scientist nəşriyyatı yazır.

Bundan öncəki tədqiqatlar da göstərmişdir dünya “iqtisadi piroqunun” ən böyük tikəsi çox az bir qrup şirkətin və bankın əlində cəmlənmişdir. Qalanlara isə sadəcə xırda-xuruş  çatır. Amma bu tədqiqatlar TMK-ların öz törəmə kompaniyaları, filialları və müttəfiq şirkətləri ilə olan dolayı münasibətləri- qarşılıqlı əlaqəni nəzərdən qaçırmışlar.

“Gerçəklik o qədər mürəkkəb idi ki, biz doqmatik fikirlərdən uzaqlaşmalı olduq, istər bu əlbirlik nəzəriyyəsi olsun, istər də azad bazar konsepsiyası, -araşdırmanın müəllifi Ceyms Qlatfelder aydınlıq gətirir –bizim analiz ancaq real göstəricilərə söykənib”.

2007-ci ildə Orbis C məlumat bazasında təqdim olunmuş, bütün dünya üzrə mövcud olan 37 milyon şirkəti və sərmayədarı ələkdən keçirən mütəxəssis komandası, onların içərisində 43 060  şirkəti fərqləndirmişdir. Məhz bu şirkətlər nəhəng transmilli korporasiyalara məxsusdur. Komanda onların ümumi aktivlərinin miqdarını da üzə çıxarmışdır.

Analitiklər 1318 kompaniyadan ibarət nüvə müəyyən etmişlər ki, bu şirkətlərin arasındakı münasibəti qan qohumluğundan başqa heç bir sözlə adlandırmaq mümkün deyil. Bu 1318 kompaniyadan hər birində ən azı iki və ya daha çox digər şirkətlərlə sıx qarşılıqlı əlaqələrin mövcudluğu aşkar olunmuşdur.

Bu korporasiyaların rəsmi gəlirləri ümumdünya miqyasında əməliyyat mədaxillərinin heç 20%-ni də ötmür, amma özlərinin satellit –firmaları sayəsində onlar faktiki olaraq beynəlxalq şirkətlərin əksəriyyətini idarə edirlər. Bu şirkətlər isə “gerçək” iqtisadiyyat sektorunda fəaliyyət göstərir. Beləliklə, korporativ bədheybətlərin caynaqlarında ən azından ümumdünya gəlirlərinin təmiz 60% cəmlənmişdir.

Bundan əlavə tədqiqatçılar müəyyən etmişlər ki, maliyyə zəncirlərinin əksəriyyəti 147 şirkətdən ibarət “super anklav” istiqamətinə yönəlmişdir. Onların aktivləri bir-biri ilə qovuşur və faktiki olaraq onlar ümumi mülkiyyətdir. Bu da elan edilməmiş həmin maliyyə konqlomeratına qlobal korporativ sərvətlərin 40%-nə nəzarət etmək imkanı verir.

Liderlərin onluğuna daxil olan şirkətlər aşağıdakılardır:

1. BARCLAYS PLC

2. CAPITAL GROUP COMPANIES INC

3. FMR CORPORATION

4. AXA

5. STATE STREET CORPORATION

6. JP MORGAN CHASE & CO

7. LEGAL & GENERAL GROUP PLC

8. VANGUARD GROUP INC

9. UBS AG

10. MERRILL LYNCH & CO INC

Tədqiqatçılar bildirir ki, bütün dünyada “Uol-striti ələ keçirt” şüarı adı altında qlobal kapitalizmə qarşı baş qaldırmış etirazlar- nüfuzlu transmilli korporasiyalara qarşı gözlənilən cavab reaksiyasıdır.

Son xəbərlər
Digər xəbərlər