Dünyanın ən bahalı və populyar kriptovalyutaları

Bitcoin dünyanın ən populyar kriptovalyutası olsa da, yeganə deyil. Məşhur Coinmarketcap servisinin məlumatına görə, hazırda rəqəmsal valyutaların və yaxud onların ekvivalentlərinin sayı artıq 1170-ə çatır.

Ən geniş yayılmışlar altcoin  – Bitcoin kriptovalyutasına alternativ – adlanır. 2017-ci ildə bir çox altcoinlərin qiyməti artdı. Onların ümumi kapitalizasiyası 80 milyard dollar təşkil edir ki, bunun da yarısı onlar içərisində ən populyar olan ethereum valyutasının payına düşür.

Bu artıma texnoloji innovasiyalar da kömək edib. Bəzi altcoinlərin tez bir zamanda həm kapitalizasiya, həm də populyarlıq baxımından Bitcoin valyutasını üstələyəcəyi istisna edilmir ki, bu da investorlar üçün əla imkanlar yaradır.

Əksər alternativ şəbəkələrin iş prinsipi bəzi dəyişikliklər daxil olmaqla Bitcoinə oxşardır. Onlar konkret layihə çərçivəsində yaradılır, məsələn, müəyyən şirkət və yaxud fondun ICO prosesini həyata keçirmək üçün.

Bununla yanaşı, bütün rəqəmsal valyutaları altcoin adlandırmaq düzgün deyil. Bu halda söhbət bazarda özünəməxsus xidmət növü ilə tamamilə digər ekosistemi əks etdirən müstəqil kriptovalyutalardan gedir.

Banker.az dünyanın ən bahalı və populyar kriptovalyutalarını təqdim edir:

Bitcoin (BTC)

2009-cu ildə peyda olan BTC rəqəmsal iqtisadiyyatın ilk və daha çox istifadə olunan pul vahididir. Kriptovalyuta bazarının 50%-dən çoxu BTC-nin payına düşür. Bitcoindən adətən məhsul və xidmətin haqqını ödəmək, həmçinin spekulyasiya və uzun müddətli investisiyalar zamanı investisiya aləti kimi istifadə olunur.

BTC mükəmməl birja tarixçəsinə sahibdir. Onun məzənnəsi 2010-2013-cü illərdə 0,1 dollardan 1000 dollara qədər yüksəldi. 2014-cü ildə 200 dollara qədər ensə də, 2016-cı ildən yenidən yüksəlməyə başladı. Hazırda Bitcoin 6000 dollar səviyyəsini keçərək növbəti rekorduna imza atıb.

Bitcoin hər kriptovalyuta birjasında hərracda iştirak edir. BTC kotirovkalarını daha çox Gdax, Kraken, Bitfinex və bitFlyer kimi ən böyük birjalarda izləmək məsləhət görülür.

Ethereum (ETH)

Ethereum və yaxud efir 2014-cü ildə peyda olub. Hazırda bu kapitalizasiyasına görə ikinci kriptovalyutadır. Onun şəbəkəsində ilk dəfə smart-müqavilələr bağlamaq imkanı peyda olduqda ETH populyarlığı daha da artdı. Bu, kriptoqrafik üsul ilə qorunan müqavilə münasibətlərinin analoqudur.

Bu valyutanın üstün cəhətlərindən biri də onun yalnızca digər altcoinlərı nəzərən hərracda iştirak etməməsidir. Belə ki, bir çox birjalarda  efirlə digər ənənəvi populyar valyutalar, ilk növbədə dollar və avro ilə valyuta cütü açmaq mümkündür.

Bununla da, ETH də Bitcoin kimi ənənəvi maliyyə sistemi və kriptoiqtisadiyyat arasında kapital axınını təmin edir. ETH ilə hərrac qiyməti və həcmini Bitcoində olduğu kimi daha populyar platformalarda izləmək lazımdır.

Ripple (XRP)

Ripple 2012-ci ildə yaradılıb və hazırda onun kapitalizasiyası 10,7 milyard dollar təşkil edir. Bu kriptovalyuta layihəsi iqtisadi münasibətlərin ənənəvi sisteminin iştirakçıları və rəqəmsal iqtisadiyyat arasında əlaqəni optimallaşdırmağa xidmət edir.

 

Yüksək təhlükəsizlik parametrləri Ripple rəqəmsal valyutasını UniCredit, UBS, RBC, Santander kimi bankların maliyyə texnologiyaları ilə bağlı razılaşmalarında əla alət edib. Hazırda dünya üzrə 60-dan çox təşkilat hesablaşmalar zamanı XRP-dən istifadə edir.

 

XRP bazarda öz xüsusi yerinə sahibdir, buna görə də digər altcoinlərdən fərqli olaraq onun dəyəri Bitcoinin qiymətindən çox da asılı deyil.

Bitcoin Cash (BCH)

 

Bitcoin Cash mayner və developper qrupu tərəfindən bu ilin yayında yaradılmasına baxmayaraq, kapitalizasiyasına görə artıq dördüncü pillədədir (5,3 milyard dollar). Bitcoin valyutasının populyarlığı istifadəçi axınına səbə oldu. Onun şəbəkəsi isə buna hazır deyildi. Hətta tranzaksiyaların həyata keçirilməsinə bir neçə gün tələb olunurdu. Bitcoinin effektiv geniş yayılması ilə bağlı narahatlıqlar fonunda BCH peyda oldu.

BCH qiyməti BTC kimi qətiyyətlə artmasa da, Bitcoin Cash gələcəkdə ödəniş aləti funksiyasını qazana bilər. Ənənəvi Bitcoin isə bu zaman qənaət və əmanət toplanması vasitəsi rolunu qazanacaq.

BCH əsas olaraq Bithumb, HitBTC, Poloniex, Bittrex, Bitfinex, Bitstamp birjalarında hərracda iştirak edir.

Litecoin (LTC)

Litecoin – populyarlığına və qəpiklərinin istifadə olunma səviyyəsinə görə ikincidir. 2011-ci ildə  Bitcoindən sonra üçüncü olaraq yaradılan bu rəqəmsal valyutanın kapitalizasiyası 3,4 milyard dollar təşkil edir.

LTC ilə ticarət üçün ən populyar platformalar Poloniex, Bittrex,  Bitfinex və Bitstamp-dır.

Dash (DASH)

DASH 2014-cü ildə LTC şəbəkəsinin bölünməsi yolu ilə yaradılıb. Onun hazır ki kapitalizasiyası 2,3 milyard dollar təşkil edir. DASH valyutasının əsas fərqləndirici xüsusiyyəti tamamilə anonim tranzaksiyalar həyata keçirmək imkanıdır.

Ən populyar birjalar – HitBTC, Poloniex, Bittrex, Bithumb, Bitfinex.

NEM (XEM)

Bu ən yeni populyar altcoinlərdən biridir. NEM layihəsi 2015-ci ildə yaradılıb və kapitalizasiyasına görə yeddinci pillədədir (2 milyard dollar). NEM Sinqapurda peyda olub və hazırda Yaponiya bazarında fəal olaraq irəliləyir. Sözügedən bu rəqəmsal valyuta Yaponiyada populyarlığına görə BTC-dən sonra ikinci pillədədir.

NEM layihəsi korporativ və maliyyə sahəsində bir sıra problemin aradan qaldırılmasına şamil edilib. Xüsusən də, SWIFT sistemində köçürmələr ilə bağlı. Bu sonuncu isə məlumatların ötürülməsi zamanı aşağı sürət və yüksək əməliyyat xərclərindən əziyyət çəkir.

NEM valyutasının əsas üstünlüyü aşağı səviyyəli komissiya haqqı (0,01%-1%) və sürətli iş prosesidir (saniyədə 3000 tranzaksiya).

Ticarət üçün ən çox populyar birjalar HitBTC, Poloniex və Bittrex-dir.

Monero (XMR)

Monero valyutası 2014-cü ildə peyda olub. Cari kapitalizasiyası 1,5 milyard dollar təşkil edir. Bu tamamilə anonim kriptovalyutadır. Monero rəqəmsal valyutasının anonimliyi, digər məşhur anonim altcoinlər – Zcash və Dash-da olduğundan daha etibarlıdır.

Valyuta hələ də artım üçün təkan gözləyir. Aktivin izlənməsi üçün populyar birjalar: HitBTC, Poloniex, Bittrex, Bithumb, Bitfinex.