15 C
Baku
Friday, March 29, 2024

Dünyanın ən böyük neft-qaz şirkətləri (II hissə)

Forbes.com saytı karbohidratların çıxarılması həcmi üzrə böyük neft-qaz şirkətlərinin siyahısını təqdim edib. Reytinqin xüsusiyyəti ondan ibarətdir ki, burada çıxarılmış neft və qazın həcmi bir gündə şərti barellərdə hesablanmış şəkildə təqdim edilib.

Reytinqin digər xüsusiyyəti ondan ibarətdir ki, bura ancaq ictimai və qismən dövlət korporasiyalarının deyil, həmçinin tamamilə dövlət korporasiyalarının məlumatları daxil edilib. Jurnalistlər isə əksər hallarda dövlət korporasiyaları haqqında məlumat verməyi unudurlar.

Bir çox ölkələrin məhz dövlət korporasiyaları və hətta neft və qaz nazirlikləri məşhur şəxsi şirkətlərdən daha çox neft və qaz çıxardırlar.

Biz sizə forbes.com saytının tərtib etdiyi reytinqi tərcümə edib təqdim edirik.

Sonatrach – 2,7 milyon b/g (neft barrelinin bir günə olan ekvivalenti)

Əlcəzairin dövlət neft-qaz şirkəti. Əsasən qaz şirkəti hesab olunur. Lakin həmçinin neft çıxarılması, neft- kimya istehsalı ilə və energetika ilə də məşğul olurlar. Bu şirkət Avropada Qazpromun əsas rəqibidir.

Total -2,7 milyon b/g

Fransız neft- qaz şirkəti. Bu şirkət öz baş icraçı direktoru Kristof de Majerinin gülməli bığları və eynəkləri, şirkətin 3% səhmlərinin Qətərə və təxminən 3%-nin də Çinə məxsus olması ilə məşhurdur. Total maye qaz bazarını mənimsəyir və 2015-ci ildə bu şirkətin maye qaz ixracı ilə məşğul olacağı da gözlənilir.

Petrobras (Petróleo Brasileiro)- 2,6 milyon b/g

Bu şirkətin 60%-dən çox səhmləri Braziliya hökumətinə, digər səhmləri isə Nyu-York və San – Paulu birjalarında ticarətə çıxardılıblar. Braziliya holdinqi tarixə birjada bir dəfəlik böyük dəyərli səhmlərin yerləşdirilməsi ilə düşür. 2010-cu ilin sentyabr ayında $72,8 milyard dəyərində səhmlər satılmışdı.

Petrobas şirkəti balinaların haqqlarını müdafiə edir, lakin bu onlara okeanda dərin quyular qazmağa mane olmur.

Rosneft –2,6 milyon b/g

İqor İvanoviç Seçin və onun dostları.

Iraqi Oil Ministry – 2,3 milyon b/g

İraqın neft nazirliyi.

Qatar Petroleum -2,3 milyon b/g

Qətərin dövlət neft- qaz şirkəti. TMQ layihələri üzrə dünya lideri.

Lukoyl -2,2 milyon b/g

Spartak (Moskva) futbol komandasının baş sponsoru.

Eni – 2,2 milyon b/g

Qlobal italyan neft –qaz şirkəti. Dünyanın onlarla ölkəsində çalışır. Agip brendi altında çox saylı yanacaq doldurma məntəqələri var. Şirkətin əsas fərqli cəhəti od püskürən altı ayaqlı it loqotipi. Deyilənə görə loqotipin müəllifi onu Nibelunqlar haqqında əfsanə əsasında yaradıb. Təxminən 30%-dən çox səhmlər düz və dolayı yollara hökumətə məxsusdurlar. Səhmlərin qalan hissəsi isə birjada ticarətə çıxardılıb. Qanuna əsasən, heç bir investor (İtalyan hökumətindən başqa) 3%-dən çox səhm ala bilməz.

Statoil – 2,1 milyon b/g

Norveç neft-qaz şirkəti. Səhmlərin 2/3 hissəsi hökumətə məxsusdur. Norveç sosializminin təməli.

ConocoPhillips- 2 milyon b/g

Amerika özəl holdinqi. Son illərdə iki birmənalı olmayan fəaliyyətlərlə məşhurlaşıb: Lukoyl-un böyük səhm paketlərinin alışı və satışı (18%-ə qədər) və həmçinin neft emalı bölməsinin yaradılması və satışı ilə. Hal-hazırda ConocoPhillips dünyada yeganə böyük ancaq neft hasil edən şirkətdir.

Petroleos de Venezuela – 1,9 milyon b/g

Venesuela sosializminin təməli. Sosializm necədirsə, şirkət də eləcədir. 1998-ci illə müqayisədə neftin hasilatı 25%-ə qədər düşüb. Rus və Belarus neftçiləri Uqo Çavesin bu sosial daxılı ilə birgə layihələr yaratmağa çalışırlar, lakin bu cəhdlər heç bir nəticə vermirlər.

Sinopec – 1,6 milyon b/g

Çində ən böyük neft hasil və emal edən şirkət.

Nigerian National Petroleum – 1,4 milyon b/g

Nigeriyanın dövlət neft-qaz şirkəti. Burada korrupsiya o qədər baş qaldırıb ki, şirkət artıq prezidentə pul ödəməkdən imtina edib. Prezident islahatlar apararaq bir neçə neftçi top- menecerləri tutduqları vəzifələrdən azad etmişdi.

Petronas – 1,4 milyon b/g

Malayziyanın dövlət neft-qaz şirkəti. Bir neçə avto idman yarışlarına sponsorluq edir, hıəmçinin Formula 1 yarışlarına da.

Son xəbərlər
Digər xəbərlər