Dünyanın ən effektiv rəhbəri elan edildi

Banker.az xəbər verir ki, Harvard Business Review (HBR) jurnalı dünyanın 100 ən effektiv rəhbəri reytinqini nəşr edib.

Nəşrin reytinqində nə Elon Musk (Tesla), nə Tim Cook (Apple), nə də Mark Zükerberg (Facebook) yer almayıb. Amazon rəhbəri isə yalnızca 71-ci pillədə yer alıb. Reytinq təşkilatçıları belə bir vəziyyəti onunla izah ediblər ki, reytinq təşkil edilərkən yalnızca maliyyə kriteriyalarına deyil, “obyektiv göstəricilərə” əsaslanıblar.

Beləliklə, bu il siyahının ilk pilləsində İspaniyanın Inditex şirkətinin rəhbəri Pablo İsla qərarlaşıb. Bundan əlavə, liderlərin üçlüyünü Martin Sorrell (WPP) və Xuan Jensyun (Nvidia) tamamlayıb.