Dünyanın ən gözəl banknotu açıqlandı

2017-ci ilin ən gözəl banknotu

Dünyanın ən gözəl banknotu qeyri-standart formata malikdir

Beynəlxalq Əskinas Cəmiyyəti (IBNS) tərəfindən hər il keçirilən müsabiqənin nəticələri məlum oldu. Beləliklə, “İlin banknotu” adına 10 İsveçrə frankı layiq görülmüşdür.

Banknotun ön tərəfində əllər əks olunub, bir əldə dirijor çubuğu var, əks tərəfində isə İsveçrə dəmir yolu təsvir olunub.

İsveçrə üçün bu ikinci ardıcıl qələbədir: keçən il birinci yerə 50 İsveçrə frankı layiq görülmüşdü.

Həmçinin münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilmiş digər banknotlara da baxmağı təklif edirik:

100 kron (Norveç)

40 frank (Cibuti)

 

 

10 funt (Şotlandiya)

7 dollar (Fici)

10 dollar (Kanada)

 

📝 RƏY BİLDİR