Dünyanın ən qədim bankları

Bankın etibarlılığı və nüfuzu potensial müştərilər tərəfindən əsas qiymətləndirilmə kriteriyalarıdır. Bununla yanaşı, dünyada bir neçə müharibələrə, rəhbərlərə və iqtisadi böhranlara  tab gətirmiş 6 əsrdən çox yaşa sahib olan banklar da mövcuddur. Belə bir nüfuzun isə artıq sözə ehtiyacı yoxdur.

Monte dei Paschi di Siena –  İtaliya, 1472.

Monte dei Paschi di Sienа bankı hazırki gündə də müştərilərə xidmət göstərən ən qədim kredit təşkilatıdır və 1472-ci ildə Siena şəhər-dövlətinin hakim qüvvələri tərəfindən yaradılıb. Bank ilk olaraq “Monte” sözünə görə Monte di Pietà yaxud Monte Pio adlanırdı ki, bu da əmanətçilərdən əldə edilmiş və kiçik həcmli kreditlər üçün nəzərdə tutulmuş çoxlu sayda pul mənasını verir.

Hazırda Monte dei Paschi di Sienа bankı İtaliyanın nəhəng banklarından biridir və 2000-ə yaxın bölməyə sahibdir. Bankın İtaliyada molan müştərilərinin sayı 4,5 milyon fiziki və hüquqi şəxs təşkil edir. Bununla belə, bank fiziki şəxslərə pərakəndə bank xidmətləri, həmçinin kiçik və orta biznes üzrə xidmətlərə görə İtaliyada lider pozisiyaya  sahibdi

Berenberg Bank – Almaniya, 1590.

Berenberg Bank Almaniyanın qədim bankıdır və hələ də fəaliyyət göstərən banklar sırasında ikincidir. Bank Hamburq şəhərində yerləşir və onun yaradıcıları  geyim ticarəti və idxal-ixracla məşğul olan Hans və Pol olmaqla Berenberg qardaşları idi.

Bankın yaradılması və inkişafı Hamburq şəhərinin çiçəklənmə dövrü ilə üst-üstə düşmüşdü. Şəhər tez bir zamanda ticarət və maliyyə fəaliyyəti mərkəzinə çevrilir və sahibkarlar kiçik hollandiyalı qrupunun digər üzvləri ilə işlərində uğur qazanmağa başlayır.

Stadsbank van Lening – Hollandiya, 1614.

Amsterdamda yerləşən kredit bankının əsası 1614-cü ildə qoyulub. Bank özünün sadə strukturu ilə fərqlənir və 6 şöbə, 2 mağaza və hərrac evindən ibarətdir.

Stadsbank van Lening  bankı girov qismində qiymətli metallardan, brilyantlardan olan zərgərlik nümunələri, həmçinin velosiped, musiqi aləti və s. kimi əşyaları qəbul edir. Əşyalar 6 ay müddətinə girov qismində saxlanılır. Bu müddət başa çatdıqda məbləğ geri ödənməzsə həmin əşyalar hərracda satışa çıxarılır. Hərraclar isə zinət əşyaları üçün ayda 1, digər əşyalar üçün isə 2 ayda 1 dəfə keçirilir. Hərracda satılmayan əşyalar isə bankın mağazasına göndərilir.

Sveriges Riksbank – İsveç, 1668.

Bank İsveçin ən qədim banklarından biri olmaqla, dünyanın ən qədim Mərkəzi bankı adına da sahibdir. Bu maliyyə təşkilatı yaradılarkən Riksens ständers bank adını daşıyırdı və müasir adını yalnızca 1866-cı ildə qazanmışdır. Hazırda İsveç bankı tənzimləyici funksiyasından əlavə, iqtisadiyyat üzrə Nobel mükafatının təqdim edilməsi ilə də məşğul olur.

C. Hoare & Co – İngiltərə, 1672.

İngiltərənin özəl bankı Böyük Britaniyanın qədim və dünyanın 5-ci qədim bankı hesab edilir. Bnakın əsası 1672-ci ildə ser Richard Hoare tərəfindən yaradılıb və hazırda Hoare-nin 11-ci birbaşa nəsli tərəfindən idarə olunur.

Richard Hoare müştərilərinə kredit verməyə başlayan uğurlu zərgər idi. C. Hoare & Co. bankı da öz başlanğıcını buradan götürmüşdür. İkinci dünya müharibəsi zamanı bankın qiymətli kağızları uğurlu şəkildə adadan təxliyyə edilir. Bir çox hallarda məhz bunun sayəsində hazırda banka onun nəslinin davamçıları rəhbərlik edir.

Metzler Bank – Almaniya, 1674.

Metzler bankı özəl bankdır və Almaniyanın “Maliyyə paytaxtı” olan Frankfurt şəhərində yerləşir. Bank bu günə qədər öz yaradıcısının varisləri tərəfindən idarə edilir.

Bundan əlavə, 1742-ci ildə bankın yaradıcısının oğlu Benjamin Metzler Frankfurt fond birjasının direktorlar şurasına üzv seçilmişdi. Və o zamandan etibarən bank sahibləri Frankfurt fond birjasının rəhbərliyində daimi olaraq iştirak edirlər.

Barclays – İngiltərə, 1690.

Barclays – Böyük Britaniyanın nəhəng banklarından biri olmaqla Avropa, ABŞ və Asiyada geniş nümayəndəliklərə sahibdir. Hazırda bank bütün dünya üzrə 48 milyondan çox müştəriyə xidmət göstərir.

Coutts – İngiltərə, 1692.

Maraqlıdır ki, dünyanın ən qədim banklarından biri olan maliyyə təşkilatı ilkin olaraq bank hesab olunmurdu. Bu London çimərliyində zərgər və bankir John Campbell-in 3 tac nişanı altında yaradılmış çox da böyük olmayan mağaza idi.

Lakin 1712-ci ildə mağaza yaradıcısı biznesini ailə üzvlərinə həvalə edərək dünyasını dəyişir. 1775-ci ildə Campbell-in nəvəsi James Coutts adlı tacir və bankirə ərə gedir. O isə öz növbəsində mağazanın resurslarından istifadə edərək kredit təşkilatının əsasını qoyur. Məhz bu zaman bank Campbell & Coutts adı ilə məşhur olur.

Hazırda Coutts tam olaraq Royal Bank of Scotland Group-a məxsusdur və özəl bank olaraq fəaliyyət göstərir.

Bank of England – İngiltərə, 1694.

Bu bank isə ilk olaraq İngiltərə hökuməti üçün xəzinədarlıq rolu daşıması üçün yaradılmışdı. Hazırda isə tənzimləyicinin bütün funksiyalarını həyata keçirir.

Dünyanın ən qalmaqallı bank qarəti də məhz burada baş vermişdi. Belə ki, 2006-cı ildə bankın depozitariyasının rəhbəri 2 milyon dollar saxlanılan bank hücrəsini açmağa məcbur olur. Çünki qarətçilər onun ailəsini girov götürmüşdülər.

Bank of Scotland – Şotlandiya, 1695.

Bank 1695-ci ildə yaradılıb və baş ofisi Edinburq şəhərində yerləşir. Bank Şotlandiya parlamenti tərəfindən yaradılan ilk və son kommersiya təşkilatıdır. İlkin olaraq bank parlamentin razılığı olmadan hökumətə kredit verə bilməzdi. Bundan əlavə, məhz Bank of Scotland ölkədə şəxsi kağız pullarını çap etməyə başlayan ilk bank oldu.