Dünyanın ən sərfəli olmayan vətəndaşlığı hansıdır?

Banker.az xəbər verir ki, Henley & Partners konsaltinq şirkəti tərəfindən təşkil edilmiş reytinqə əsasən, Əfqanıstan vətəndaşlığı dünyanın ən sərfəli olmayan vətəndaşlığı seçilib.

Qeyd edilir ki, Əfqanıstan vətəndaşları sərbəst olaraq yalnız 24 ölkəyə səfər edə bilər.

Ən sərfəli vətəndaşlıq isə alman vətəndaşlığıdır. Belə ki, Almaniya dövlətinin pasportuna sahib şəxslər vizasız 176 dövlətə səfər etmək hüququna malikdir.

Liderlərin üçlüyünə həmçinin Fransa və Danimarka da daxildir.

Qeyd edək ki, reytinq vizasız rejimin mövcudluğu, insan potensialının inkişafı üçün imkanlar, iqtiadiyyat miqyası kimi bir sıra kriteriyalar əsasında təşkil edilib.