Dünyanın ən varlı şəhərləri

New World Wealth-in yeni hesabatına əsasən, bütün dünyada insanlar təxminən 215 trilyon dollar məbləğində şəxsi mülkiyyətə malikdirlər.

Dünyanın ən varlı 10 şəhərinin hər birində ən zəngin adamlar 1 trilyon dollardan 3 trilyon dollaradək aktivə malikdirlər. Ümumi şəxsi mülkiyyətə bütün aktivlər – daşınmaz əmlak, nəğd pul, qiymətli kağızlar və öhdəliklər çıxılmaq şərtilə biznes daxildir.

New World Wealth-in araşdırmasına əsasən, şəxsi mülkiyyətin həcmi ÜDM-yə nisbətən ölkə iqtisadiyyatının maliyyə vəziyyətinin daha dəqiq göstəricisidir.

Nəticə etibarilə, məhz bu göstərici alıcılıq qabiliyyətini əks etdirir.
Bu məqalədə biz dünyanın 10 ən varlı şəhərindən, yəni sakinlərinin ən böyük şəxsi mülkiyyətə malik olduğu şəhərlərdən bəhs edəcəyik.

10. Sinqapur

Şəxsi kapital: 1 trilyon dollar

Sinqapur biznesin inkişafı üçün ən əlverişli iqtisadiyyata malik şəhərlərdən biri kimi tanınır.

Bundan əlavə, burada olduqca əlverişli vergi rejimi mövcuddur.

9. Sidney

Şəxsi kapital: 1 trilyon dollar

Sidney bölgənin ən böyük maliyyə mərkəzlərindən biridir.

Bundan əlavə, bu şəhər cəlbedici iqlim və təhlükəsizliyin yüksək səviyyəsi ilə əlaqədar olaraq bir çox varlı insanların yaşayış yerinə çevrilmişdir. 

8. Honkonq

Şəxsi kapital: 1,3 trilyon dollar

Honkonq Şərq və Qərb arasında qarşılıqlı əlaqə mərkəzidir.

O böyük maliyyə mərkəzi olaraq qalır.

Həmçinin burada dünyanın yeddinci ən böyük birjası yerləşir.

7. Los-Anceles

Şəxsi kapital: 1,4 trilyon dollar

Bu məbləğə həmçinin Malibu və Beverly Hills sakinlərinin şəxsi kapitalı da daxildir.

Los-Anceles kino, teatr, musiqi, ədəbiyyat və televiziya sahəsində dünyanın ən böyük əyləncə sənayesi mərkəzlərindən biridir.

6. Şanxay

Şəxsi kapital: 2 trilyon dollar

Şanxay Çinin maliyyə mərkəzi hesab olunur. 1990-cı ildə Şanxayda qitə Çininin ərazisində ilk dəfə Şanxay Fond Birjası fəaliyyətə başladı.

Hazırda o dünyanın ən böyük dördüncü birjasıdır.

5. Pekin

Şəxsi kapitalı: 2,2 trilyon dollar

Pekin paytaxt və Çin Xalq Respublikasının mərkəz tabeli şəhərlərindən biridir. 

Son zamanlarda sahibkarlıq fəaliyyətinin lokomotivi və innovativ müəssisələrin yaradılması üçün əsas sahə kimi çıxış edir.

4. Silikon Vadisi

 Şəxsi kapital: 2,3 trilyon dollar

Bu bölgəyə San Francisco, San Jose, Oakland, Palo Alto, Los Altos, Redwood City, San Mateo, Mountain View kimi şəhərlər daxildir.

Silokon Vadisi dünya texnologiyaları və innovasiyaları mərkəzi hesab olunur.

3. Tokio

Şəxsi kapital: 2,5 trilyon dollar

Tokioda dünyanın üçüncü ən böyük birjası yerləşir.

Bundan əlavə, dünyada ən çox milyoner məhz bu şəhərdə yaşayır.

2. London

Şəxsi kapital: 2,7 trilyon dollar

London dünyanın ən qüdrətli şəhərlərindən və aparıcı maliyyə mərkəzlərindən biri hesab edilir. Onun iqtisadiyyatı ölkə iqtisadiyyatının beşdə bir hissəsini təşkil edir.

London Fond Birjası dünyanın ən böyük valyuta və fond ticarəti mərkəzlərindən biridir. 2017-ci ildə müasir dövrdə ilk dəfə olaraq şəhərdən kapital axını baş verdi.

Londonun ətrafındakı kiçik şəhərlər də kifayət qədər şəxsi kapitala malikdirlər, lakin bu göstəricilər reytinqə daxil edilməyib.

1. Nyu-York

Şəxsi kapital: 3 trilyon dollar

Bu şəhərdə Nyu-York Fond Birjası, NASDAQ, Amerika Fond Birjası, Nyu-York Əmtəə Birjası və Nyu-York Ticarət Palatası yerləşir.

Nyu-York-un maliyyə sektoru Manhettenin (Manhattan) Uol Strit-ində (Wall Street) mərkəzləşmişdir.

Şəhərin ətrafındakı bölgələr də şəxsi kapitalları ilə seçilir, lakin həmin kapital bu məbləğə daxil edilməyib.

📝 RƏY BİLDİR