Dünyanın ən yaxşı aviaşirkətləri məlum oldu

Britaniyanın araşdırma şirkəti olan Skytrax-ın tərtib etdiyi dünyanın ən yaxşı aviaşirkətləri reytinqinə Emirates şirkəti başçılıq edir. BƏƏ-dən olan şirkət 3 ildir reytinqə başçılıq edən Qatar Airways şirkətini geridə qoydu.

Reytinqin üçüncü pilləsi isə Singapore Airlines şirkətinə nəsib oldu. Reytinqdə postsovet ölkələrini yalnızca bir şirkət təmsil edir və bu 40-cı pillədə qərarlaşan Rusiyanın Aeroflot şirkətidir.

Skytrax versiyasına görə dünyanın ən yaxşı aviaşirkətlərinin ilk 10-luğu aşağıdakı kimidir:
1. Emirates (5)
2. Qatar Airways (1)
3. Singapore Airlines (2)
4. Cathay Pacific (3)
5. ANAs (7)
6. Etihad Airways (6)
7. Turkish Airlines (4)
8. EVA Air (9)
9. Qantas Airways (10)
10. Lufthansa (12)

Emirates Airlines – Dubayda yerləşən şirkət dünyanın ən nəhəng aviaşirkətlərindən biridir. Şirkətin əsası 1985-ci ildə yaradılıb və yaradılmasında əsas məqsədi Ərəb əmirliyinin turizm və infrastrukturunu yaxşılaşdırmaq idi. Şirkət Emirates Group-a məxsusdur və istifadə etdiyi əsas modellər Boeing 777 (131 təyyarə) və Airbus A380 (62 təyyarə istifadə olunur, ümumilikdə isə 140 təyyarə sifariş verilib).