22 C
Baku
Friday, April 26, 2024

Dünyanın ən ağıllı ölkələri elan edildi

Londonun Legatum Institute analitik mərkəzi illik Prosperity Index araşdırması çərçivəsində dünyanın 2017-ci ildə ən çox çiçəklənən ölkələrinin reytinqini tərtib edib.

Banker.az xəbər verir ki, ekspertlər səkkiz kriteriya üzrə 149 ölkəni qiymətləndirib: iqtisadiyyat, təhsil, səhiyyə, şəxsi azadlıq, təhlükəsizlik, sahibkarlıq imkanları, idarəetmə və sosial kapital.

Reytinqin lideri keçən il ikinci pillədə qərarlaşmış Norveç olub. 2016-ci ildə ilk pillədə yer almış Yeni Zellandiya isə bir pillə enib. Üçüncü pillənin sahibi isə keçən il olduğu kimi Finlandiya olub. Ən yaxşıların beşliyində həmçinin İsveçrə və İsveç də yer alıb.

Ən əlverişsiz ölkələr olaraq isə Çad, Əfqanıstan, Sudan, Mərkəzi Afrika Respublikası və Yəmən qiymətləndirilib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər