13 C
Baku
Friday, April 19, 2024

Dünyanın ən aldadıcı səhmi

Fond bazarında “sabun köpükləri”-nin olduğuna dair hər hansı bir nümunə varsa, buna ən uyğun gələni Cynk Technologies şirkətinin səhmləridir. Bu şirkətin səhmləri cəmi bir neçə həftə ərzində 25 000% yüksəlmişdir və şirkətin kapitalizasiyası 5 milyard dollara çatmışdır.

Qiymətli kağızların fenomenal artımından çaş-baş qalmış treyderlər şirkət və buna səbəb olacaq amillər haqqında məlumat axtarmağa başlamışlar. Bəs onlar nə tapa bilmişlər? Demək olar ki, heçnə. Şirkətin nə gəliri, nə aktivi, nə istehsal etdiyi hər hansı bir məhsulu yoxdur və hətta bu şirkətin cəmi 1 əməkdaşı var.

Qeyd edək ki, 17 iyunda şirkətin səhmləri 7 sentdən satıldığı halda, bu qiymət keçən həftə 15 dollara çatmışdı.

CYNK şirkətinin rəsmi məlumatına əsasən, şirkət məşhur insanlarla görüşlər təşkil edir. Məsələn, cəmi 50 dollara Emma Watson, Leonardo DiCaprio və Charlize Theron ilə ünsiyyət qurmaq şansınız var. Bütün bunların absurdluğuna baxmayaraq, CYNK şirkətinin kapitalizasiyası artıq Dunkins Donuts kimi dünya brendini geridə qoymuş və Twitter-ə yaxınlaşmaqdadır.

Burada fırıldaqçılıq əlamətləri görünsə də, bununla yaxşı qazanmağa cəhd etmək olar.

Son xəbərlər
Digər xəbərlər