26 C
Baku
Friday, April 19, 2024

Dünyanın ən bahalı ərzağı

Yarchagumba qədim dövrdən afrodiziak hesab edilirdi. O Himalay dağlarında və Tibet yaylasında 3 min metrdən 5 min metrədək hündürlükdə bitir. 

Onun yayılma sahəsinin təxminən 60%-i Nepalın, qalanı isə Butan, Hindistan və Çinin payına düşür. Yerli dağ əhalisi Yarchagumbanı qədimdən istifadə edirvə hesab edilir ki, o “qüvvə verir”, iş qabiliyyətini artırır. Yarchagumbanın istifadəsini ilk dəfə çinlilər yaymışlar.   1990-ci illərdə onu Çin idmançıları yeməyə başladı, çünki göbələk qadağa olunmuş dopinq preparatları siyahısına daxil deyildi.   Məhz o zamandan çinlilər qəribə olsa da, bir çox idman növlərində üstünlük qazanmağa başladılar.

Nepalı bu məhsulu yığmaq qızdırması tutdu: yüz minlərlə insan dağlarda Yarchagumba göbələyi tapmaq üçün sürünürdülər. Son 8 ildə onun qiyməti 10 dəfə artaraq bir kiloqramı 120 min dollara kimi qalxdı. Bu “bitki viaqrasının” əsas istehlakçıları Çin varlılarıdır, Nepalda isə göbələyi yığanlara qirmizi maoçu dəstələri himayədarlıq edirlər.

Yarchagumba müəyyən növ tırtıllarda məskən salmış parazit göbələkdir.  Göbələk ölmüş həşəratın başında nazik zoğ salır. Məhz bu Yarchagumba Nepal kəndlilərinin varlı olması üçün mənbə və eyni zamanda sonda ölkədə monarxiyanı devirən maoçu ultra-inqilab dəstələrinin çiçəklənməsinə səbəb olmuşdur.

Son xəbərlər
Digər xəbərlər